Azərbaycanda daha bir tanınmış iş adamının həbs olunduğu bildirilir – TƏFƏRRÜAT
Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının sədri, tanınmış iş adamı Rəsul Orucovun həbs olunduğu bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb.
Bildirilir ki, Rəsul Orucov 3 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs edilib. Həbsin səbəbi kimi vergi borcu göstərilir.
Məlumat üçün bildirək ki, hazırda (4 fevral 2022-ci il tarixinə olan məlumat) Ağstafa Aqrar Sənaye Kompleksinin dövlət büdcəsinə böyük həcmdə - 7 milyon 252 min 706 manat 7 qəpik vergi borcu var.
Onu da bildirək ki, Ağstafa Aqrar Sənaye Kompleksinin vergi borcudan başqa kredit borcları da var. Belə ki, ötən ilin dekabr ayında “Paşa Bank” kredit borcunu vaxtında ödəmədiyi üçün Ağstafa Aqrar Sənaye Kompleksi və Rəsul Orucov barəsində məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, nizamnamı kapitalı 16 milyon 176 min manat olan Ağstafa Aqrar Sənaye Kompleksinin təsisçisi Almaniyada qeydiyatda olan “RAO Global Group GmbH” şirkətidir. Bu şirkətin rəhbəri də Rəsul Orucovdur. Ağstafa Aqrar Sənaye Kompleksinin hazırki rəhbəri isə Rəsul Orucovun oğlu Anar Orucovdur.
“RAO Global Group GmbH” şirkətinin Azərbaycandakı filialının rəhbəri isə Süleymanov Əfqan Namiq oğludur. Əfqan Süleymanov “Facebook” sosial şəbəkəsindəki hesabında “Saloğlu Mebel” şirkətində işlədiyini qeyd edib.
Mətbuatda yer alan məlumatlarda həmçinin qeyd olunur ki, Rəsul Orucov keçmiş Baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilən şirkətləri idarə edib. Rəsul Orucov eyni zamanda “Akkord Industrıal Company” MMC-nin də Müşahidə Şurasının üzvü olub.
Rəsul Orucovun həbsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Ağstafa Aqrar Sənaye Kompleksinin rəsmi veb-səhifəsində qeyd olunan əlaqə telefonuna zəng etdik. Lakin, zəng etdiyimiz telefon nömrəsinin “şəbəkə xaricində” olduğu bildirildi.
Qeyd edək ki, bir-neçə gün əvvəl vergi borcuna görə daha bir məşhur iş adamı - Hafiz Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib. Vergi borcunu ödədikdən sonra iş adamı azadlığa çıxıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2022, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər