Baş prokurorluğun çağrı mərkəzinin susmasına 3,5 aydan sonra reaksiya verili
Zəngləri götürməyən prokurorların intizam məsuliyyətlərinə baxılacaq
Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli 2 qətnaməsinin 13 ildir qərəzlə icra edilməməsindən , əksinə, borclular ƏMDK (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) , Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı otaqları məhkəmə qərarından 2 il sonra saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməməsindən 21.10.2021-ci ildə baş prokurorluğun qaynar xəttinə edilən zəngə cavab verilməməsindən 3 ay yarım keçir. Düzdür, ertəsi gün 161 qaynar xətti şikayəti qeydə alıb və korrupsiyaya qarşı mübarizə baş idarəsindən çağırıb yazılı şikayəti qəbul ediblər, amma hələ də heç bir tədbir görülməyib, əmlak hələ də işğaldadır. 961 Çağrı mərkəzi isə əvvəlki , NK qərarına zidd olan “pullu susqunluğunu” sürdürür. Özbaşınalıq o həddədir ki, vətəndaş danışmadığı halda 3 manata yaxın danışıq haqqı tutulub. Daima susan və “işləmədiyini bildirən” 4920138 və 4925540 stasionar nömrələri isə artıq “dilə gəlib”. Amma digər stasionar nömrələrin heç biri cavab vermir. Beləcə, vətəndaş şikayətinin araşdırılmasının hansı yerdə olduğunu, hansı qərar qəbul edildiyini, edilibsə niyə verilmədiyini və niyə əmlakın hələ də işğalda olmasına cavab ala bilmir. Prokurorluq açıq-aşkar nə elektron qaydada, nə məktubla, nə də telefonla müraciətlərə cavab verir. Hətta xidməti araşdırmalar idarəsinin elektron ünvanına edilən müraciət də cavabsız qalıb.
02.02.2020-ci ildə baş prokurorluğun xüsusi araşdırmalar idarəsinin rəis müavini Anar Tarverdiyevin elektron ünvanıma göndərdiyi 2 eyni məzmunlu məktubla Ədliyyə Nazirliyinin Baş prokurorluğa göndərişi əsasında 21.10.2021-ci ildə 961 Çağrı Mərkəzinin zəngləri cavablandırmaması barədə müraciətə baxıldığı bildirilib. 3 ay yarımdan sonra. .. xidməti araşdırma nəticəsində Baş prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elşad Rüstəmovun və dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Seyhun Azadəliyevin barələrində toplanmış material adıçəkilən prokurorluq əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması üçün Baş prokurorluğun İntizam komissiyasına göndərilib . Maraqlıdır, Ədliyyə Nazirliyi müraciətlərə cavab verilməməsinə baş prokurorluğa göndərməklə reaksiya verib, amma məhkəmə qərarının icrasını təmin etmək üçün yanındakı icra baş idarəsinə göstəriş verməyi unudub. Daha maraqlısı odur ki, baş prokuror yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsi də şikayəti Ədliyyə Nazirliyinə göndərib. 13 ildir Xətai məhkəməsinin 2 qətnaməsi ilə haqq etdiyi əmlakından məhrum edilən Qarabağ qazisi isə ortada qalıb. Bu ona ötürür, o buna. Ötür-ötürlə , kiminsə intizam məsuliyyətinə cəlb edilməsi ilə isə nə məhkəmə qərarı icra olunar , nə də işğalçı məmurlar otaqları boşaldar . Necə ki düşmən “Dəmir yumruq” başında çatlamayınca BMT qətnamələrini icra etməkdən yayınırdı, elə də “doğma” işğalçı məmurlar da yayınır. Dədələrimiz demiş, “kiş-kiş”lə donuz darıdan çıxmaz. Yumruq gərəkir, özü də dəmirdən.
Ədliyyə Nazirliyinin və Baş prokurorluğun istintaq idarələri işğalçı məmurların cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etsələr, daha məntiqli olar.
Məğrur Bədəlsoy
P.S. Yazı çapa gedərkən baş prokurorluğun saytında göstərilən qaynar xətləri ilə bağlantı qurmaq istəsək də, 161 (bir saatdan sonra “dili açıldı”), 961, 4920138 nömrələri susmaqla, 4925540 nömrəsi “işləmir”lə “cavab verdi”. Ədliyyə Nazirliyinin 5397675 qaynar xətti də qoşulma anında ingiliscə nömrənin işləmədiyi “cavabı” ilə ələsalma xidməti göstərdi. Əcəbdir , Ədliyyə Nazirliyinin özü zəngləri qəbul etmir, amma Baş prokurorluğun eyni xidmətsizliyinə reaksiya verir
Paylaş:
Müəllif : Fuad
Tarix:6-02-2022, 02:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər