Göyçayda məmur özbaşınalığı barədə şikayət olundu
Göyçayda yollar, parkların içərisini və ətrafını qarış-qarış, addım-addım satmağa davam edirlər. Belə getsə avtomobillərin, piyadalın hərəkət etdikləri yolları ləğv edəcəklər, yerində isə ticarət obyektləri inşa oluncaqdır. Ola bilsin ki, yaxın gələcəkdə xəyallarımızda canlandırdığımız "uçan maşınlar"dan istifadəyə ehtiyac olacaqdır.Bunu Göyçay rayonu Ərəbcəbirli kənd sakini Səmədov Məhəmməd Azər oğlu RegionXəbərləri.co-un elektron poçtuna göndərdiyi şikayət məktubunda qeyd edib.
"Cənab Prezident bildirmək istəyirik ki, Göyçay rayon H. Əliyev prospekti 9 saylı tam orta məktəbin qarşısında qanunsuz tikinti başladılıb. Bu isə Göyçay Rayon İcra Hakimiyyətliyinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri İntiqam Süleymanovun <N> saylı qanunsuz əməllərindən sadəcə biridir. Gördüyünüz kimi ərazi piyadaların ən çox hərəkət etdiyi "el yolu"dur.
Lakin villalarını, avtomobillərini, obyektlərini, şəxsi büdcə hesabını daha da artırmaq istəyən rayon məmurları heç kimdən çəkinmədən "el yolu"nu belə kəsməkdən qorxmurlar. Belə çıxır ki, bu insanlar nə Allahdan qorxmur, nə də cənab Ali Baş Komandanımızdan. Halbuki əraziyə yaxın olan 5 mərtəbəli binanın sakinləri, taksi sürücüləri və o yoldan istifadə edən vətəndaşlar fərdi və kollektiv halda öz narazılıqlarını bildirməkdədilər. Buna baxmayaraq obyekti tikdirmək istəyən də, ərazini ona satmaq istəyənlər də olduqca israrlıdırlar.
Göyçay rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri İntiqam Sülüymanovun və bu işdə əli olan digər məmurların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən "Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göyçay Rayon İcra Hakimiyyətliyinə xatırlatmaq gərəkdir ki, Heydər Əliyevin sədrliyi ilə 1995-ci noyabr ayının 12-də Azərbaycan Respublikasının ən Ali qanunu hesab olunan Konstitusiyası qüvvəyə minmiş və bunun əsasında qanunlar yazılmışdır. Yəni bura "Mozambik" deyildir ki, istədiklərini etsinlər.
RegionXəbərləri.com olarq yazdıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:7-02-2022, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər