Vasif Talıbov 100 faiz nəticəyə BELƏ GƏLİRMİŞ... - Görünəni budur...
Naxçıvanda sakinlərin elektrik sayğacına elektron müdaxilə edilərək, onların enerji sərfiyyatı ikiqata çıxarılır. Beləliklə, abonentlər sərf etdikləri enerjini iki dəfə baha qiymətə almış olurlar. Bu haqda "Gündəlik Naxçıvan"a sakinlərin özləri məlumat verib. Onların dediyinə görə, Energetika Xidmətinin kələyinin üstü diqqətli abonentlərin müşahidəsi nəticəsində açılıb. Son aylarda elektrikə ödədikləri məbləğin anidən ikiqata çıxması onlarda şübhə yaradıb. Şübhələnən abonentlər smartkart ödəmə sistemli kartlarına pul vurub, buna uyğun kilovatı sayğaca yükləyiblər. Daha sonra izlədikləri onları heyrətə gətirib.
Babək rayin sakini Tofiq Məmmədov deyir ki, şübhəlındikdən sonra, sıfırlanmış sayğaca 10 kilovatlıq elektrik enerjisi yükləyib və müşahidə etməyə başlayıb:
"Normalda sayğac işlədikcə, 10 kilovat tək-tək aşağı düşməlidir. Yəni 10-dan sonra 9 gəlməlidir. Naxçıvandakı sayğaclarda isə, tək rəqəmlər görünmür. 10-dan sonra 8, sonra 6 gəlir, bu ardıcıllıqla da davam edir. Yəni bir kilovat yerinə iki kilovat yazır. Sosial vəziyyətimiz ağırdır. Bir yandan da ötən il kommunalın qiymətlərini qaldırdılar. Birin ödəyirsən o biri qalır. Ona görə də çalışırsan ki, maksimum az xərcin çıxsın. Qənaət edəsən. Bu səbəbdən işiğın, suyun, qazın işlənməsinə nəzarət edirəm. Lakin bu ay mən karta pul vurdum çox tez bitdi. Aylıq 25-30 manat olan elektrik ödənişim 70 manata qalxdı və bu məni şübhələndirdi. Ona görə yoxlamaq qərarına gəldim.
Naxçıvan şəhər sakini Rəşad Həsənov isə deyir ki, sayğacın bu cür işləməsini görüb, gözlərinə inanmayıb. Ancaq qonşulara izah edəndən sonra, onlar da duyuq düşüb, sayğacların yoxlayıblar:
"Düşündüm ki, ola bilsin təsadüfən məndə belədir. Qonşulara, tanışlarla dedim, onlar da yoxlasın. Aydın oldu ki, hamının sayğacında eyni problem var. Şikayət etdik, xidmətin işçiləri gəlib baxdı".
Rəşad Həsənov deyir ki, Energetika xidmətinin işçiləri sayğacların artıq yazdığını təsdiqləyiblər. Ancaq onlar günahı türkiyəli mütəxxəssilərdə görüblər:
" Dedilər ki, bir müddət öncə Türkiyədən mütəxəssis gətirib smatkartla olan sayğacları sıfırlayaraq təmizləyiblər. O zaman texniki problem yaranıb və guya idarənin bundan xəbəri olmayıb. Necə xəbərləri olmaya bilə? Yalan deyirlər, özləri qəsdən bizləri soymaq üçün belə ediblər".
Naxçıvan Şəhər İcra Hakimiyyətindən sakinlərin iddiaları ilə bağlı suallarımıza cavab vermək istəmədilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-02-2022, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər