reklam
Regionxeberlericom.az » Gündəm » Binəqədi Rayon Polis İdarəsi dələduzları himayə edir-ŞİKAYƏT

reklam

Binəqədi Rayon Polis İdarəsi dələduzları himayə edir-ŞİKAYƏT


 



















Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon Abay Kunanbayev küçəsi,bina 4, mənzil 84-də yaşayan Yusifov Səxavət Şakir oğlu tərəfindən

ŞİKAYƏT 

Hörmətli cənab Prezident, Binəqədi RPI-nin Istintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Kamran Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərlə məşğul olur. Belə ki, bir müddət əvvəl tanıdığım Hüseynov Əziz Fikrət oğlu biznes fəaliyyəti ilə məşğul olmaq üçün məndən 49 000 (qırx doqquz min) manat pul istədi. Əvəzində qeyri rəsmi nigahda yaşadığı İsmayılova Aynur Rauf qızının adına olan mənzili mənim adıma keçirəcəyini bildirdi. Əgər borcu qaytara bilməsə həmin evi boşaldaraq mənə təhvil verəcəyinə söz verdi. Beləliklə dekabrın 25-də Bakı şəhəri 14 saylı notariat ofisində Aynur İsmayılova ilə dostum Əliyev İkram Əli oğlu arasında mənzilin ilkin alqı-satqı müqaviləsi bağlandı. Bundan sonra 23 000 (iyirmi üç min) manat pul Aynir İsmayılovaya notarius tərəfindən bankda açılmış depozit hesabına ödənildi. Eyni zamanda razılaşaraq şəxsi maşınımıda Əziz Hüseynova və Aynur İsmayılova satdım. Həmin gün Bakı şəhəri notariat ofisində Aynur İsmayılova ilə aramızda 20 000 (iyirmi min) manat borc müqaviləsi (maşının qiymətini) bağladıq. Sonuncu 6000 (altı min) manatı isə yeddinci mikrarayon ərazisində şəxsən Əziz Hüseynovun özünə vermişəm.Sonradan bilmişəm ki, Əziz Hüseynov dələdüzdur və vətəndaşları belə dələduzluq yolu ilə aldadır.

Əziz Hüseynovla birgə yaşadığı Aynur İsmayılovla  mənə qarşı etdiyi dələduzluğu barəsində Binəqədi rayon Polis İdarəsinə etdiyim şikayət baş müstəntiq polis  mayoru Kamran Əliyev tərəfindən araşdırılaraq “Cinayət işinin başlanmasıının rədd edilməsi barədə” 13 iyun 2021-ci il tarixli qərar qəbul etmişdir. Müstəntiq Kamran Əliyev tərəfindən qəbul edilmiş bu qərara əsassız və qanunsuzdur.Ona görə əsassız və qanunsuzdur ki, bu dələduzuluq hərəkətidir. Belə ki, Əziz Hüseynov izahatında göstərir ki, borcu var qaytaracaq. Aynur İsmayılovada müqavilələrə imza etdiyini təsdiq edir. Digər tərəfdən isə İkram Əliyevlə Aynur İsmayılova arasında ilkin alqı-satqı müqaviləsi bağlanmış mənzil Səbuhi adlı şəxsə satılıb. Göründüyü kimi Əziz Hüseyov dələduzluq etmirsə niyə bu mənzili Səbuhi adlı şəxsə satıblar? Eyni zamanda Əziz Hüseynov məndən aldığı 6 000 (altı min) manata heç bir rəsmi müqaviləsi yoxdur və hər ay 2500 manat pulu geri verəcəyinə söz versədə hər gün müxtəlif bəhanələr göstərməsi dələduzluq deyil? Bütün bu yazdıqlarım hamısı Əziz Hüseynovun və Aynur İsmayılovanın izahatlarında göstərilib. Dövlətin qanunları ilə qorunan konstitusion hüquqlarım pozulub, aldadılmışam. Müstəntiq isə qərar verir ki, bu cinayət əməli olmadığına görə mülki işdir. Məhkəmə qaydasında həll olunmalıdır.

Qeyd edim ki, Əziz Hüseynovun dələduzluq əməlinin hüquqi qiymət almamasının səbəbi qohumu Elmirin polis işləməsidir. Elmir 16-cı Polis Bölməsində işləyir. Əziz polis idarəsinə çağırılanda əvvəlcə Elmir polislərlə razılaşır, sonra Əziz Hüseynov polis idarəsinə gələrək izahatın verir.

 Hörmətli cənab Prezident,  Sizdən xahiş edirəm  Əziz Hüseynovun və Aynur İsmayılovanın mənə qarşı törətdiyi dələduzluq əməlinin yenidən araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Kamran Əliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2021-ci il tarixli qərarının ləğv olunaraq yenidən istintaqa qaytarılmasına köməklik edəsiniz".


RegionXəbərləri.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 






Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər