Kəlbəcərin icra başçısının bahalı maşın arzusu yarıda qaldı - AÇIQLAMA

Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
regionxeberlericom.az Bakupost-a istinadən xəbər verir ki, həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov "Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:
"Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.
K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: "Ehtiyac yoxdur...”
Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: "Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2019, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2019, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB