COVİD xəstələrinə KÖHNƏ DƏRMAN verilir - Yevlaxda TƏHLÜKƏLİ MƏNZƏRƏ
Dünyanı cənginə alan COVID-19 virusuna yoluxan xəstələrin müalicəsi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. regionxeberlericom.az KanalS.az-a istinadla xəbər verir ki, bu müalicələrin dövlət hesabına aparılması deyilsə də, faktiki xərclər demək olar ki, vətəndaşların özləri tərəfindən ödənilir. Burada əsas məsələ evdə müalicə olunan xəstələrlə bağlıdır.
İşin biabırçı tərəfi odur ki, kovidə yoluxmuş xəstələrə qeydiyyatda olduqları klinikalardan zəng edib bildirirlər ki, gəlib dərmanlarınızı götürün.
Amma bunu kim götürsün? Evdən çıxması qadağan olunan kovid xəstəsi? Bəlkə onun ailə üzvləri?
Bilirik ki, ailədə bir nəfər virusa yoluxduqda bütün ailə üzvləri karantinə alınır və çölə çıxa bilmirlər.
Bəs bu zaman dərmanları kim götürsün? Bəlkə adamların qohumları, dostları yoxdur. Əgər varsa da, kim xəstə olduğu bilinən şəxslərlə təmasda olmaq istəyər?
Belə ki, qərara əsasən, evdə müalicə olunan xəstələrin dərmanları dövlət tərəfindən təmin olunmalıdır. Amma təqdim olunan dərmanlar ya xəstələrə verilmir, verilsə belə həmin dərmanlar müalicə üçün yetərli olmur və ya son istifadə tarixi bitmiş olur.
KanalS.az-a adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, evdə kovid-ə yoluxmuş xəstə var. Yevlax rayon Ailə Sağlamlıq Mərkəzi tərəfindən xəstəyə bir paketin içində dərman preparatları verilib. Müalicə həkiminə həmin dərmanları istifadə edib-etməməyimiz barəsində soruşduq da bildirdi ki, həmin dərmanlar ucuz və keyfiyyətsiz dərmanlardır və ya çox vaxt son istifadə tarixi bitmiş olur. Yevlax ASM-i tərəfindən verilən dərmanlara nəzər saldıqda müalicə həkiminin dediyi fakt öz əksini tapdı.
Belə ki, “selen-aktiv” adlı dərman prepartının son istifadə tarixi 12.10.2021-ci il olduğunu müşahidə etdik və qutuda olan bütün dərmanları zibilliyə atdıq. Onsuzda kovid bəlası bu milləti qırıb, batırıb. Sizdə bir tərəfdən. Xahiş edirəm aidiyyatı qrumlardan bu məsələyə ciddi nəzarət etsinlər – deyə şikayətçi qeyd edib
Məsələ ilə bağlı Yevlax şəhər Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılıb, ətraflı məlumat veriləcək.
Əziz oxucu! Hazırda virusdan qorunmağımız üçün vaksinasiya olunmağımız vacibdir: “Amma vaksinasiya ilə paralel olaraq 3 “qızıl qayda”ya da mütləq əməl etməliyik. Bunlar şəxsi gigiyena, sosial məsafə və bütün qapalı məkanlarda mütləq maskadan istifadə edilməsidir. Dünyanı cənginə alan COVID-19 virusundan can qurtarmağımız üçün birliyimizi hər zaman nümayiş etdirməliyik.”
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2022, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər