"Cavanşir Feyziyev verdiyi sözün üstündə durmadı..." - Deputata kəndindən ETİRAZ
Milli Məclisin üzvü Cavanşir Feyziyev Şəki rayonunun dilbər guşələrindən biri hesab olunan Dəhnə kəndində anadan olub və böyüyübdür.
Dəhnə kəndi haqqında qısa arayış: Bu, kənd Böyük Dəhnə və Kiçik Dəhnə olmaqla iki inzibati ərazidən ibarətdir. Acınohur gölündən 10 km. aralı, “Turut” çölündə yerləşir. Oykonim Dəhnə sözü fars dilində “çay ağzı, kecid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd” kom-ponentlərindən düzələrək “böyük arx başı” mənasını verir. Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində olan kənddir və Acınohur ön dağlığında yerləşir. oykonim Kiçik Dəhnə Böyük Dəhnə kənd adının qarşılığıdır..
Cavanşir Feyziyevin ailəsi varlı, təminatlı olmayıbdır. Səhv etmirəmsə dörd uşaqdan ibarət olan feyziyevlər ailəsi vaxtsız ailə başçısını itiriblər. Orta məktəbdə müəllimə işləyən anaları öz zəhməti, işgüzarlığı hesabına övladlarını böyütməyi və onlara təhsil verməyi bacarıbdır. Söhbətin bu yerində Cavanşir bəyin orta təhsil aldığı internat məktəbi haqqında xüsusilə danışmaq istəyirəm.
Həmin internat məktəb Dəhnə kəndindən təxminən 20-25 kilometr məsafədə, indiki “Turan” qəsəbəsinin ərazisində yerləşirdi. SSRİ dönəmində bura Sergey Orconigidze adına “Taxılçılıq sovxozu” olduğundan orta məktəb də həmin cür adlanırdı. Mən şox təəssüf edirəm ki, indi o cür məktəblərin sayı çox azdır və ya sıfıra bərabərdir. Bu, məktəb, həm özünün çoğrafi miqyasına, müəllim-pedaqoq kollektivinin əhatə dairəsinə, şagirdlərin sayının çoxluğuna, o cümlədən böyük kitabxanası, idman zalı, fənn laboratoriyası, fənn kabinələri, camaşirxanası və bir çox başqa üstünlüklərinə görə o zonada yerləşən orta məktəblər arasında, ən tutarlı, ən mükəmməl, ən səmərəli, ən nüfuzlu orta məktəb hesab olunurdu. Burda, Yevlax, Şəki, Mngəçevir, Ağdaş, Zaqatala, Oğuz və digər rayonlardan şagirdlər, həmçinin müəllimlər var idi.
Yuxarıda sadaladığım keyfiyyətləri ilə bərabər məktəb, həm də maddi baxımdan zəif, imkansız olan ailələrə kömək baxımından çox sərfəli hesab olunurdu. Həmin zaman kəsiyində kəndlərin hamısında orta məktəblər yox idi. Bəzilərində dördillik, bəzilərində isə səkkizillik məktəblər mövcud idi. Məktbin oğlanlar və qızlar üçün iki böyük ikimərtəbəli yataqxanası, 700-800 nəfərlik yeməkxanas var idi. Gündə üç dəfə tam həcmli isti yeməklər və boyük tənəffüsdə çay və peçenyenin verilməsi şagirdləri tam razı salırdı. Bütün bunlarla bərabər internat tərəfində hər il, hər bir şagirdə kostyum, qış və yaz paltarları, palto və s. pulsuz verilirdi. Bunun əvəzində, hər ay valideyinlərdən 2-2,5 rubl alınırdı. Bu, çox yaxşı idi, ancaq heyif ki, indi belə məktəblər demək olar ki, yoxdur.
Bu gün, Dəhnə böyüklükdə bir kənddə doğulub böyüyən, qayğıkeş, zəhmətkeş ana nəvazişi, tərbiyəsi görən, dövlət hesabına internatda böyüyüb tərbiyə alan, vətənpərvərlik ruhunda böyüyən Cavanşir Feyziyevin qeyri-insani xüsusiyyətlərini heç cür anlaya bilmirəm. Görəsən bu cənabda İngiltərəyə“böyü məhəbbət” hardan qaynaqlanır? Bəlkə Ali təhsil aldığı Xarici Dillər Universitetindən?! Bİlmirəm!
Mən, əslində, Cavanşir Feyziyevin acgözlüyunun, pula hərisliyinin, başqa ölkəyə məhəbbətinin, tibbi maskaları 0,5-1 AZN-nə satmasının əvəzində, bu cənabdan o gözəl Dəhnə kəndində iş yerlərinin yaradılmasını, insanların köməyınə gəlməsini, oxuduğu və qidalandığı internat məktəbinin pis vəziyyətə düşmüş binasının təmirini, ora maddi yardım göstərməsini istəyirdim.
Mən Cavanşir Feyziyevlə təxminən o il bundan əvvəl, onun mənim kəndimdən (Şəkidə) deputat seçildiyi vaxtdan tanışamş Həmin zaman Cavanşir müəllim mənim kitablarımı nəşr etdirməyi öz üzərinə götürdü. Onun maddi dəstəyi nəticəsində “Firudin bəy Köçərlinin publisistikası” kitabım işıq üzü gördü. Ancaq çox təəssüflər olsun ki, Cavanşir Feyziyev verdiyi sözün üstündə durmadı. Görünür İngiltərədə yaşamaq ona bu işıqlı yolda mane olubdur. Qeyd etmək istəyirəm ki, nəmişli ingilis havası Dəhnə torpağının ab-həvvasına çata bilməz.
Cavanşir müəllim mənim “Müslüm Maqomayev: bəstəkar, müğənni, pianoçu” adlı monoqrafiyamı və “Jurnalistikaşünaslığın əsasları” kitablarımı nəşr etdirməkdən imtina etdi, xahişimi cavabsız qoydu. İnanıram ki, vaxt gələcək o, bunun peşimançılığını çəkəcəkdir.
Sonda məlumat üçün bildirmək istəyirəm ki, mən də Cavanşir Feyziyevin orta təhsil aldığı internat məktəbini bitirmişəm, təxminən on il ondan əvvəl. Məhz, buna görə də həmin məktəbin eyforiyasında yaşayıram. “Tarix pedaqoq deyil ki, şagirdləri parta arxasında əyləşdirib, tribunadan onlara mühazirə oxusun. Tarixdən gərək özün dərs götürəsən. Buna isə zəka lazımdır”...
Veydəddin PİRƏLİYEV,
filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, yazıçı-publisist. //araz.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2022, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər