reklam
Regionxeberlericom.az » Gündəm » Yardımlıda məmurların BÖYÜK YEYİNTİSİ... İFŞA OLUNDU

reklam

Yardımlıda məmurların BÖYÜK YEYİNTİSİ... İFŞA OLUNDU


















Yardımlı rayon icra hakimiyyətinin harın məmurlarının da içində olduğu özbaşınalıq və korrupsiya faktını aydın etmişik. Demə, 2014-2016-cı illərdə rayonun Biləzəmi adlanan ərazisində Heydər Əliyev fondu tərəfindən tikilmiş müasir tipli körpələr evi-uşaq bağçası istifadəyə verildikdən cəmi bir neçə il sonra qəzalı vəziyyətə düşərək istismardan çıxarılıb. 100 minlərlə vəsaitin xərclənməsilə ərsəyə gəlmiş binanın qısa zamanda yararsız şəkilə düşməsi mövzunun aidiyyatı dövlət qurumları tərəfindən araşdırılması üçün ciddi siqnaldır. Nə baş verib ki, bina qəzalı hala gəlib, uşaq baxçası hansı keyfiyyət göstəricilərilə tikilib ki, bircə ilə tar-mar olub və istismarına son qoyulub?

























RegionXəbərləri.com xəbər verir ki, demokratik.az-a daxil olan məlumata görə, deyilən korrupsiya meyilli tikinti uğursuzluğundan dərhal sonra həmin baxçanı məqsədli şəkildə rayon Mərkəzi Xəstəxanasının həyətində tikilmiş şəxsi obyektə köçürüblər. Məlumata görə, həmin obyekt də Yardımlı İHB-nin Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevə məxsusdur. Köçürmədən sonra, uşaq bağçasının Mahir Mirzəyevə aylıq kirayəhaqqı ödədiyi deyilir. Hazırda təmir edilmədən sənəddə "yararsız" kimi saxlanılan obyektin də yerli məmurlardan biri tərəfindən "özəlləşdirləcəyi" dillərdə danışılır.

Ən acınacaqlısı həm də odur ki, körpələr evinin xəstəxananın həyətində yerləşdirilməsi körpə uşaqların sağlamlığına real təhlükələr yaradır. Belə ki, uşaqların yatıb-oynadıqları məkanın 30 metrliyində mərkəzi xəstəxanaya aid olan vərəm dispanseri yerləşir.

İnanaq ki, yazılanlara aydınlıq gətirilər...




Paylaş:


Müəllif : Tarix:
11-02-2022, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər