reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda Vasif Talıbov REJİMİ... - ETİRAZ

reklam

Naxçıvanda Vasif Talıbov REJİMİ... - ETİRAZ

















"Yeyin, için, imarətlər tikdirin, camaat da bir tikə çörək qazanmaq üçün əzab çəksin. İnşallah yediyinizi qusarsınız!". Bu tənqidi statusun müəllifi, aktyor, xalq artisti, Naxçıvan Musiqili Dram Teatrında uzun müddət çalışmış Həsən Ağasoydur. Xalq artisti "Gündəlik Naxçıvan"a bildirib ki, WhatsApp-da yazdığı bu statusdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbinə tuş gəlib. Öncə onu sevimli teatrdan uzaqlaşdırıblar, sonra isə hər kəs ondan üz döndərməyə başlayıb:

" Statusdan bir neçə gün sonra, 2021-ci ilin iyun ayında əvvəl teatrın direktoru zəng etdi ki gəl, ərizə yazıb, işdən çıxmalısan. Heç bir səbəb göstərmədən. Onunla dost münasibətim var idi, heç gözləmirdim. İşin nə yerdə olduğunu sonra anladım. Getdim birbaşa Naxçıvan Mədəniyyət nazirinin qəbuluna. Onunla da yaxşı münasibətim olub. Ancaq, sanki məni tanımırdılar. Orda da məni təhdid etdilər ki, ya öz xoşunla çıxmalısan, ya da maddə ilə çıxarılacaqsan. Mənə eşitdirdilər ki, göstəriş Ali Məclisdən gəlib, başqa çıxış yolu yoxdur. Əlavə problem olmasın deyə, məcbur olub, öz əlimlə ərizəmi yazıb, işdən çıxdım. Bundan sonra mənimlə münasibətdə olanlar əlaqəni kısdilər".




















Həsən Ağasoy deyir ki, tənqidi statusu prezident İlham Əliyevin çıxışından ilhamlaraq yazıb:

"O ərəfədə İlham Əliyev televiziya vasitəsiylə məmurlara müraciət edərək dedi ki, rüşvət almayın, xalqın malını yeməyin. Mən də sənət adamlarının, bir aktyor kimi öz dolanışığına etiraz olaraq, ona bənzər bir status yazdım. Statusu heç kimə ünvanlamamışdım. Vasif Talıbov da həmişə mənim hörmətimi saxlayan biri olub. Niyə özünə götürdü, bilmirəm. Deyəsən ətrafı onun beynini doldurub. Mən onu nəzərdə tutmamışdım. O həmişə mənimlə əlaqə saxlayır, təbrik edirdi. Bu statusdan sonra o da kəsildi. Bir neçə teleqram vurmuşam, cavab da vermir. Onun göstərişi olmasa, xalq artistinin kim işdən çıxara bilər? Mənim teatrda, millətin içində hörmətim var. Bunlar nə demək istəyir, hələ də anlaya bilmirəm".

Xalq artisti deyir ki, dəfələrlə prezidentə və Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət etsə də onu işinə bərpa etməyiblər:

"Xalq artisti adını mənə 1999-cu ildə mərhum prezident Heydər Əliyev verib. O mənim xətrimi çox istəyirdi. Sonra tərəqqi medalı da almışam. Hər zaman dövlətçiliyimizin yanında olmuşam. Bir dəfə tənqid etməklə, adamı belə repressiyaya məruz qoyarlar? Bakıdan da cavab vermək istəmirlər. İşdən çıxarılmaq məni əzmir. Onsuz da 1-2 il sonra pensiya yaşımdı. Məni əzən onların bir xalq artistinə olan aşağılayıcı münasibətidir. Həm də bir statusa görə. Çağırıb deməkdən ki, nə olub, dərdin nədir ki belə yazmısan, əksinə düşmən gözü ilə gördülər".

Həsən Ağasoy 1958-ci ildə Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirib, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. İşdən uzaqlaşdırılan günə kimi həmin teatrda aktyor işləyib. 150-yə yaxın rolun ifaçısıdır.

O, 1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2005–2010 və 2018-ci illərdə prezident mükafatçısı olub. 2008-ci ildə isə "Tərəqqi" medalı alıb.




Paylaş:


Müəllif : Tarix:
12-02-2022, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər