reklam
Regionxeberlericom.az » Gündəm » “Cəlilabad Məhkəməsində baş verən biabırçılıqlara son qoyulmalıdır” - 42 ilin tarix müəllimi hakimin haqsızlığından şikayətlənir

reklam

“Cəlilabad Məhkəməsində baş verən biabırçılıqlara son qoyulmalıdır” - 42 ilin tarix müəllimi hakimin haqsızlığından şikayətlənir

















Cəlilabad rayon sakini, 42 il tarix müəllimi işləmiş Fəxrəddin Ağayev Cəlilabad rayon Məhkəməsinin sədri Elxan Əmirəliyevin fəaliyyətindən şikayətçidir.

Mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edən F.Ağayev məhkəmə sədrinin qətnamələri “özünün bildiyi və tətbiq etdiyi metodlar əsasında” çıxardığını iddia edir.

F.Ağayev şikayət məktubunda yazır: “Mən bu məktubumu dövlət orqanlarına göndərmişəm, sizə də göndərirəm ki, ictimailəşdirək, hansısa neqativ amillərə görə vətəndaşlarımızın başına gətirilən oyunların qarşısını alaq.

Müəllim işlədiyim məktəbdə əmək müqaviləsi müddətinin artırılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılması üçün Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdim. Lakin Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev heç bir əsas olmadığı halda iddiamın təmin edilməməsi barədə qətnamə çıxardı. Məktəb direktoru qəti etirazını bildirərək qeyd etdi ki, istər şifahi, istərsə də yazılı şəkildə bildirirəm ki, mən səlahiyyətimdən istifadə edərək iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəyirəm. Lakin hakim Elxan Əmirəliyev “yaxşı, aydındır” desə də qətnaməni öz kefinə uyğun şəkildə çıxardı. O, bununla da hüquq normalarına müvafiq qiymət vermədi, əmək qanunvericiliyini, Konstitusiyanın tələblərini, İnsan Hüquqları Konvensiyasını, Maddi və Prosessual hüquq normalarını kobud şəkildə pozaraq əks qərar çıxardı.”

Şikayətçi məhkəmədə neqativ hallarla rastlaşdığını iddia edir: “Mən məhkəməyə gəlib- gedərkən həmişə belə hallarda olduğu kimi, məhkəmə işçisi adı ilə ortalıqda dolaşan Elxan Əmirəliyevin dəllalları mənə də “padxod” elədilər, lakin 42 ilin müəllimi və “demaqoq” olduğumu bildikdən, rüşvət məsələlərinə qarşı kəskin mövqe tutduğumu anladıqdan sonra məndən ildırım surəti ilə aralandılar. Bax, Cəlilabad Məhkəməsinin hüquqa verdiyi qiymətin mahiyyəti belədir.”

F.Ağayev ümumilikdə Cəlilabad rayonunda əhali arasında məhkəmə sədrindən narazılıq olduğunu iddia edib: “Bu xüsusda Cəlilabadda böyük narazılıqlar var, mətbuat da kifayət qədər yazıb, məhkəmənin qabağında etiraz aksiyası da keçirilib. Bu adam konkret olaraq hakimliyi bacarmır. Bu isə insanları bədbəxtliyə sürükləyir, həyatlarını puç edir.

Məsələn, hakim Elxan Əmirəliyev saxta kupça əsasında qərar çıxarmışdı, uzun məhkəmə proseslərindən, çəkişmələrindən sonra vətəndaş sübut etdi ki, həmin kupça saxtadır, lakin sonda vətəndaş infarkt oldu...

Başqa bir məhkəmə işində Elxan Əmirəliyev ağlı yerində olan insanı dəlixanaya göndərmişdi. Uzun çək-çevirlərdən sonra vətəndaşa dəlixanadan arayış verilmişdi ki, sağlamsan. Və vətəndaş qohum-əqrəbasını yığıb məhkəmənin qabağında etiraz aksiyası keçirmişdi.

Digər halda isə əmlak bölgüsünü vərəsələr arasında bölmək əvəzinə həmin əmlakın dövlət tərəfindən müsadirə olunmasına qərar dair çıxarmışdı. Həmin vətəndaş beynəlxalq qurumlara müraciət etmişdi, iş şişərək Azərbaycanın nüfuzuna xələ gətirmişdi...”

Sonda ölkə rəhbərliyinə müraciət edən şikayətçi yazır: “Bu gün Cəlilabad Məhkəməsində törədilənlər Azərbaycan dövlətçiliyinə böyük bir ləkədir. Prezident Administrasiyasından, Ədliyyə Nazirliyindən, Baş Prokurorluqdan xahim edirəm ki bu məsələlərə diqqət ayırsınlar. Cəlilabad Məhkəməsində baş verən biabırçılıqlara son qoyulmalıdır”.(Azpolitika)

 




Paylaş:


Müəllif : Tarix:
13-02-2022, 10:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər