Ağstafa təhsili intriqa meydanına çevrilib... - Kadrlar yerində olmayanda belə olur...
Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın həmin məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb etdiyini əks etdirən səs yazısının bir sıra KİV-də yayılmasını Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korrupsiya siyasəti ilə, vəzifələri və dərs bölgüsünü alver predmetinə çevirməsi ilə əlaqələndirməklə və buna dair köhnə faktları sadalamaqla “Dəryaz” qəzetinin səhv etmədiyi bu günlərdə tam təsdiqini tapıb. Belə ki, bu günlərdə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndinin bir qrup kənd sakini Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın müdafiəsinə qalxıblar. Kənd sakinləri saxta profil üzərindən səs yazısını yayan müəllim Vüsalə Məmmədovanı tənqid edirlər və bu qənaətdədirlər ki, ibtidai sinif müəlliməsi Vüsalə Məmmədova o səs yazısını məhz təhsil müdiri Mədət Zeynalovun göstərişi ilə yayıb. Bu barədə bir az sonra. Hələliksə…
Xatırladaq ki, həmin səs yazısında V. Məmmədova imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirirdi. Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir. Təhsil Nazirliyi müəllimdən rüşvət istəyən direktorla bağlı araşdırmalara başlamışdı.
Bu mövzuda qələmə aldığımız sonuncu yazıda gəldiyimiz yekun qənaət bu idi: Direktor da aldığından RTŞ müdirinə ötürəcək, o da yəqin ki, öz növbəsində rayon rəhbərliyi ilə hesablaşacaq! Çünki dəfələrlə Mədət Zeynalovun korruptiv siyasəti barədə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunsa da, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ona “gözün üstə qaşın var” deməyib.
Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinlərinin yekdil qənaətinə görə, məktəb direktorunun səs yazısının yazılmasına səbəb Təhsil şefi Mədət Zeynalovun başqa bir adamı direktor təyin etməyə söz verməsi olub. Təhdidlərdən sonra Aşağı Kəsəmənlinin məktəb direktoru Mətanət Məmmədovanın ürəyi tutaraq xəstəxanaya yerləşdirilib. Hal-hazırda məktəb direktoru Mətanət Məmmədovanın səhhəti yaxşıdır. O da bildirilir ki, Ağstafa rayon Təhsil müdiri Mədət Zeynalov rayonun baş həkiminə ciddi şəkildə Mətanət xanıma xəstəlik kağızı (Bullaten) yazmamağı tapşırıb. Təhsil şefinin “10000” manat pul qarşılığında şantaj xarakterli işdən azad etmə tələbi kənd sakinlərini bərk qəzəbləndirib və onlar etiraz aksiyası keçiriblər. Əsasən qadınlar olan sakinlər Vüsalə Məmmədovanı dünyasını dəyişən şəxsləri təhqir etməkdə, onları söyməkdə, maşına minib qaçmaqda günahlandırırlar. Bununla bərabər onlar hesab edirlər ki,Vüsalə Məmmədova məktəbdən xaric edilməlidir. Çünki o, iki illik kurs bitirib, müəllimə yaraşmayan tərbiyyəsiz ifadələr işlədir, istənilən səviyyədə savadı yoxdur və s. Mətanət Məmmədovanın barəsində yüksək fikirlər söyləyən, onun kənddə təhsilin inkişafı, uşaqların təlim-tərbiyəsi naminə çox işlər gördüyünü, böyük hörmət qazandığını deyən sakinlər həmçinin qeyd edirlər ki, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun özü də direktor Mətanət Məmmədovanın yetirməsi olub.
Göründüyü kimi, icra başçısı Seymur Orucovun korruptiv təhsil siyasətinə uyğun idarəçiliklə məşğul olan Mədət Zeynalov axırda öz müəlliminə də qarşı nankorluq etdi. //deryaz.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:16-02-2022, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər