"Sahil - S İnşaat" MTK şəhid övladını da aldadıb - QANDONDURAN MÜRACİƏT
Bakıda "Sahil - S İnşaat" MTK şirkətinin qurbanları bir-bir üzə çıxmaqda, dövlət rəhbərliyinə müraciətlər ünvanlamaqdadır. Bu dəfə onların arasında şəhid övladı Əliyeva Sevil Gülalı qızı da var. Əslən Füzulidən olan şəhid qızı bir isti yuvaya sahib olmaq üçün min bir əziyyətlə, zülm-zillətlə pul yığıb mənzil alıb, amma ümidi suya düşüb, dələduzluqla üzləşib.
RegionXəbərləri.com anaxeber.info-ya istinadla məlumat verir ki, S. Əliyeva şirkətə 54 min 925 manat ödəyərək binanın 5-ci mərtəbəsindən 82 kvadratlıq mənzil alıb. Mənzilin pulunu tam ödəməsinə baxmayaraq, nə evin açarları təqdim olunub, nə də binanın tikintisi yekunlaşıb. Hazırda heç bir inşa işləri aparılmır və sözügedən MTK-dan ev alan digər ailələr kimi şəhid qızı da 2 ildir binanın tikintisinin başa çatmasını gözləməkdədir. Doğrudur, onun bəxti bir məsələdə gətirib ki, aldığı mənzil başqalarına satılmayıb. Çünki "Sahil - S İnşaat" MTK binada xeyli mənzili satarkən fırıldağa yol verib, bir mənzili 4-5 adama satıb. Ancaq S. Əliyeva onsuz da bu mənzildən əlini üzüb, nə tikilir, nə təhvil verilir. Ortada isə 54 925 manat batmaqdadır. Şəhid övladı bununla bağlı I Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Müraciətində kömək istəyən S. Əliyeva onun məsələsinin bir şəhid qızı, bir çarəsiz vətəndaş kimi nəzarətə götürülməsini xahiş edir: "Hörmətli Mehriban xanım, siz hər zaman ümidsiz, ehtiyacı olan insanların dadına çatmısınız. Biz sizi xeyirxah, kimsəsiz, kasıb, haqqı pozulmuş vətəndaşların müdafiəçisi kimi görmüşük, hər zaman dəstəyinizi əsirgəməmisiniz. Mən də bu xoş niyyətinizə güvənərək sizə müraciət edir, kömək istəyirəm. Bir şəhid övladı, vətən üçün canından keçən azərbaycanlının qızı kimi dövlətimizdən xahiş edirəm, üzləşdiyim problemlə bağlı kömək göstərilsin. Mən bu illər ərzində qəpik - qəpik yığmışam, nəhayət bir evim olsun istəmişəm, ancaq həmin şirkət arzumuz gözümüzdə qoymaqdadır. Biz inanıb 54 925 manat ödəmişik, müqavilə bağlamışıq, amma nə pul qaytarılır, nə mənzil verilir. Bu fırıldağın üstü açılmalıdır, bizi aldadan şəxslər barədə ölçü götürülməlidir. Ümumiyyətlə, bizim şirkətin rəhbərliyinə heç bir inamımız qalmayıb, yalnız dövlət məsələni öz himayəsinə götürməklə problem həllini tapa bilər. Əgər dövlət binanı nəzarətə götürüb həlli üçün tapşırıq versə, tezliklə məsələ yoluna qoyular". Şəhid övladı bildirib ki, M. Əliyevanın bu işlə maraqlanacağına ümid edir: "Əziz Mehriban xanım, bizi bu zillətdən xilas edin. Əminəm ki, sizin iradənizlə məsələ həllini tapacaq. Mən həyatda çox çətinliklər yaşamışam, atamı itirmişəm, üzümüz heç zaman gülməyib, ilk dəfə ev sahibi olmaqla sevinməyə hazırlaşırdıq, o da belə oldu. Bəs, bizim pullarımızı kim qaytaracaq? Mənim bundan sonra bir də pul yığıb ev almaq imkanım yoxdur. Odur ki, dövlətimizə güvənirəm, səsimizə səs verməsini istəyirəm".
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2022, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər