Vaqif Abbasovun QOHUM ŞƏBƏKƏSİ... - İLGİNC FAKTLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov barəsində Hurriyyet.az-ın redaksiyasına şok informasiya daxil olub.
İddia olunur ki, Kimya üzrə elmlər doktoru, akademik Vaqif Abbasov qohum-əqrəbasını rəhbərlik etdiyi instituta yerləşdirməklə məşğuldur: “Bunlardan qardaşı, elmlər doktoru Mütəllim Abbasov və qızı fəlsəfə doktoru Abbasova Saranı, eləcə də Vaqifin bacısı, elmlər doktoru Tağızadə Almaz və oğlu doktorant Zakir Tağızadəni misal göstərə bilərik. Üstəlik, bibisi nəvəsi laboratoriya müdirləri - elmlər doktoru Zaur Ağamalıyev və Durna Ağamalıyevanı da xüsusi qeyd etmək olar.
Bunlardan əlavə, qaynı arvadi, laboratoriya müdiri Rəna Cəfərova, dayısı nəvəsi Ayaz Məmmədov (laboratoriya müdiri), muhasib - qardaşı oğlunun gəlini, əmisi nəvəsi Xəyalə Abbasova da Vaqif Məhərrəmun kölgəsi altında fəaliyyət göstərirlər”.
Məlumata əsasən, direktorun qaynı oğlu Zakir yeməkxana müdiridir. Onun qızı laboratoriyada elmi işçidir. Baş aşpaz isə Zakirin həyat yoldaşıdır.
İnstitutun 2-ci mərtəbəsində, Abbasova məxsus, layihələri, qrantları və dövlət sifarişlərini yönləndirdiyi İNKOR MMC-nin direktoru kürəkəni Vüqar Fərəcovdur, onun müavini isə qardaşı oğlu Niyazi Abbasovdur.
AMEA Yüksək Texnologiyalar Parkında İnstitutun nəzdində Təcrübə Sinaq Zavodunun direktoru vəzifəsində çalışan Telman Fərəcov isə qudasıdır.
“Siyahını uzatmaq olar, 100 yaxın qohumu institutda çalışır. Ailə korrupsuyasına Baş prokurorluq, DTX reaksiya verməlidir. Tibb bacısı 100 manata peyvend sertifikatı satdığı üçün 7 il iş veriblər, 45 milyon manat mənimsəyən adam öz qanunsuz əməllərini davam etdirir. Çətin pandemiya dövri, müharibədən çıxmış qazı və şəhidlərin olduğu ölkədə elmə ayrılan vəsaiti talan edir. Ümid edirik, bu faktlar cənab Prezidentə çatar və onun cəzalanmasına ğöstəriş verər”, - deyə məlumatda vurğulanır.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2022, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər