Qəzadan "yayınan" deputatın başı yeni qəzada... - İDDİA
Bu il hökumətdə ciddi dəyişikliklər baş verəcək. Belə bir məlumatı saytımıza verən mənbənin sözlərinə görə, bu dəyişikliklərdən biri də parlamentlə bağlı olacaq.
Artıq növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı yayılmış məlumatları xatırladan mənbəmiz bildirir ki, artıq bu seçkinin mexanizmi də müəyyənləşib. Ən əsası isə yeni tərkib parlamentdə indiki deputatların əksəriyyətinin olmayacağı bildirilir: “Bunlar daha çox yaşlı deputatlara aiddir. Lakin orta nəsil və gənclər arasında da mandatla vidalaşmağa məcbur olanlar var. Bunlardan biri də Cavanşir Feyziyevdir. Onun qarşısına seçim imkanı qoyulub. Deyilib ki, ya böyük biznes qurumlarından vaz keçməlidir, ya da mandatdan. İndiyədək ən böyük dərman firmalarından olan “Avromed”in müəyyən faizinə malik idisə, növbəti tərkibdə təmsil olunması üçün şirkətdən bütövlükdə vaz keçməsi gərəkəcək. Cavanşir Feyziyevin seçimi maraqla gözlənilir”.
Qeyd edək ki, "Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı C.Feyziyevlə bağlı maraqlı məqamlar ortaya çıxmışdı. Onun bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alması barədə istintaq məlumatlarının mediaya sızdırılması deputata təzyiqlərin olmasından xəbər verirdi. Xatırladaq ki, istintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Deputatın həmin əmlakı oğlunun adına deyil, xalq artisti Gülyaz Məmmədovanın adına aldığı da ictimailəşmişdi.
Bu ilin yazında C.Feyziyevin şəxsi avtomobili ilə adam öldürülməsi məsələsinin üstünü isə ört-basdır etməyə çalışsalar da, ortaya çıxardığımız təkzibolunmaz faktlarla məsələ ictimailəşdirilərək hüquq müstəvisinə çıxarıldı.
Başqa məlumatlarda isə deputatın mediada haqqında olan neqativ yazıları yığışdırmağa çalışdığı bildirilir. “Xüsusilə H.Abdullayevdən xalq artistinin adına əmlak alması ilə bağlı xəbərdən narahat olan C.Feyziyev bu haqda olan xəbərlərin saytlardan çıxarılması üçün bu və digər vasitələrə əl atıb” – deyə mənbəmiz bildirir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Afn
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-07-2019, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-07-2019, 10:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09