reklam
Regionxeberlericom.az » Gündəm » Zərdabın icra başçısı da HƏDƏFDƏDİR... - Ondan şikayətlər çoxdur...

reklam

Zərdabın icra başçısı da HƏDƏFDƏDİR... - Ondan şikayətlər çoxdur...

 














Artıq 3 ildir ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Mərdan Camalzadə bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi diqqətə gəlməkdədədir. Bəlkə də elə buna görədir ki, onun da yola salınacağı haqda informasiyalar yayılıb. DİA.AZ bu barədə hökumətdəki mötəbər mənbələrə istinadən məlumat verir.















Mərdan Camalzadə

Xəbəri verən qaynaq iddia edir ki, Mərdan Camalzadəyə "yuxarıların" xüsusi diqqəti olsa da, artıq kimsə onun "nazı ilə oynamaq" fikrində deyil. Dia.az-a bildirilənlər:

"Mərdan Camalzadəyə dəfələrlə artan vətəndaş şikayətləri ilə bağlı xəbərdarlıqlar edilib. Bu gün Prezident Administrasiyasının poçt qutuları Zərdabın icra başçısndan edilən şikayətlərlə doludur. Amma görünəni odur ki, Mərdan Camalzadə nəticə çıxarmaq fikrində deyil".

Verilən xəbərə görə, bu ayın sonlarında Zərdaba yeni başçının gödnriləcəyi planlaşdırılır.

Xatırladaq ki, dünən ölkə Prezidenti Bakının Nərimanov və Nizami rayonlarına, habelə Kürdəmir rayonuna yeni icra başçıları təyin edib və yayılan xəbərlərdə deyilir ki, icra başçıları ilə bağlı yenilənmə prosesi daha da intensiv xarakter alacaq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




Paylaş:


Müəllif : Tarix:
19-02-2022, 10:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər