Qaraşovun Lənkəranı ÜFUNƏT İÇİNDƏ... - Buralar həm də UNESCO-nun siyahısına düşüb...
"Hələ bu, Lənkəranın mərkəzi küçələridir, yağış yağanda arxlardakı zibillər imkan vermir ki, su öz axarıyla axsın, dolub daşır. Çirkab şəhərin küçələrinə yayılır”.
Lənkəranda Zərifə Əliyeva, Koroğlu, K.Kazımov, Həzi Aslanov, M.Ağayev və daha bir neçə küçədə arxlarda yığılıb qalmış çirkab suların təsirindən beyin çatlayır. Lənkəran sakinləri Meydan TV-yə həmin arxlardan bir neçəsinin fotosunu və videogörüntüsünü göndəriblər.
UNESCO-nun siyahısına düşən üfunətli şəhər
Sakinlərin deməsinə görə, göz açandan bu arxlar mərkəzdən keçib. Ancaq son vaxtlar arxlarda təmizlik işləri aparılmadığından şəhərin mərkəzi necə deyərlər, iylənir. Şəhər sakini Arzu Nəbiyeva: "Lənkəran ötən il UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına salınıb. Ancaq deyəsən bu şəhəri o siyahıya salanlar şəhərin mərkəzindəki üfunətli arxlardan xəbərsiz olublar. Zibil qalıqları, ətraf həyətlərdən, məişət obyektlərindən axıdılan çirkab sular bu arxlara yığılır. Arxlar zəhərli həşəratlarla, qurd-quşla doludur. İydən arxların yanından keçmək olmur. Bura şəhərin mərkəzidir, indi görün bir az kənar küçələrdə nə baş verir”.
"İstilər düşəndə lap biabırçılıq olur”
Sakin İrşad Əkbərov deyir, üzü istilərə getdikcə, həmişəki kimi vəziyyət yenə çətinləşəcək: "Bir azdan istilər düşəndə arxlardakı üfunət də artacaq. Düzdür, bu işdə insanların da günahı az deyil, bəzən görürsən ki, yoldan keçən əlindəki zibili arxa atır. Bu amil də var. Ancaq hər nə səbəbdəndirsə, bu zibillərin təmizlənməsi üçün hardasa kimsə aylıq maaş alır. Bu işlə məşğul olan qurumlar var, öz işlərini vaxtında görsələr, arxlardakı zibillər aşıb daşmaz. Hələ fotoda gördükləriniz arxların yaxşı vaxtıdır, elə vaxt olur ki, zibil arxın üstünə qədər qalxır. Yayda ilan, əqrəb də olur bu arxlarda… Yay vaxtı insan həyatı üçün təhlükəli nə varsa, bu arxlarda rast gəlmək olar”.
Əsas səbəb kanalizasiyanın yoxluğudur
Şəhər sakini Rəfiqə Salmanova deyir, arxların dolmasının əsas səbəbi kanalizasiya sisteminin olmamasıdır: "Kanalizasiyamız yoxdur. Ayaqyolu anbarı var. Dolandan sonra maşına 50-60 manat veririk, çirkabı daşıyır. Şəhər küçələrinin kənarlarında arxlar var, qalan sular da oraya axıdılır. Bu arxlar 50-60-cı illərdə qurulub. İldə 1-2 dəfə təmizləyirlər ki, çirkab axsın. Ona görə də hər yerdə üfunət qoxur.
Küçələrin hər iki tərəfindən axan çirkab suların yaratdığı qoxu və görüntü azmış kimi, yağışlı havalarda arxlar dolaraq daşır.
"Təmizləməsək, biabırçılıqdır”
"Mən elə uşaq vaxtından burda böyümüşəm, elə belə görmüşəm buranı… O tərəfdən bu yana axıb tökülür. Küçə su, zir-zibil olur, hamısı da arxın içindədir. Təmizləməsək küçə biabırçılıqdır. Yabanı alırıq əlimizə, harda dayandı, dayandı”, – sakinlər danışır.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti idarə vaxtaşırı şəhər mərkəzindəki arxlarda təmizlik işləri aparır: "Ancaq vətəndaşlar təmizliyə riayət etmirlər, nəticədə arxlarda zibillik yaranır. O üfunəti yaradan səbəb də həmin zibillərdir. Yeyib yarımçıq saxladıqlarından tutmuş içki şüşəsinədək, siqaret qutusunadək atırlar. Üstəlik, çirkab sularını da arxlara axıdırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2022, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər