reklam
Regionxeberlericom.az » Gündəm » "Təyinatım rüşvətlə baş tutmadığından ədalətsizliklə üzləşmişəm" - Nazirə ŞOK MÜRACİƏT

reklam

"Təyinatım rüşvətlə baş tutmadığından ədalətsizliklə üzləşmişəm" - Nazirə ŞOK MÜRACİƏT

 

İşdən çıxarılan Lənkəranın Şağlaküçə kənd məktəbinin direktoru Məmməd Səfərov təhsil naziri Emin Əmrullayevə təkrar müraciət edib. regionxeberlericom.az AzToday.az-a istinadən xəbər verir ki, Məmməd Səfərov nazirə müraciətində işdən qanunsuz olaraq çıxarıldığını xatırladır və haqq-ədalətin bərpa olunmasını tələb edir.

Məmməd Səfərovun müraciətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevə təkrar xatırlatmam.

Mən, Səfərov Məmməd Həbib oğlu 1967-ci il 1 dekabr tarixində Lənkəran rayon Kərgəlan kəndində anadan olmuşam. Orta məktəbi H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbində bitirmiş, Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam. Təhsilimi davam etdirmək məqsədi ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnsitutunu bitirmişəm. İxtisasıma uyğun olaraq Lüvəsər kənd tam orta məktəbində müəllim işləmişəm. 1996-cı ildə Bəlləbur kənd tam orta məktəbinin direktoru təyin edilmişəm. 2003-cü ildə Lənkəran şəhər İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin edilmişəm. İçimdəki müəllimlik həvəsi məni yenidən məktəbə gətirmişdir. Velədi kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, bir ildən sonra Şağlaser kənd əsas məktəbinin direktoru vəzifəsinə keçirilmişəm. 2017-ci ildə Azərbaycan Respublikası təhsil Nazirliyinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsində iştirak edərək, müsabiqədən müvəffəqiyyətlə keçib, M.M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəbinə direktor təyin edilmişəm. 2003-cü ildə “Tənha işıq adası”adlı şeirlər kitabım çapdan çıxıb. Atam, Həbib Məmməd oğlu Səfərov 1939-cu ildə Kərgəlan kəndində anadan olmuş, 1989-cu ildə 50 yaşında olarkən vəfat etmişdir. “Analar şeir yazır”, “Doğma evin istisi” və ukrayna dilində “Bakı işıqları” şeirlər topluları dərc olunmuşdur. Hazırda Kərgəlan kənd tam orta məktəbi ixtisasca müəllim olmuş atamın adını daşıyır. Qardaşım, Anar Həbib oğlu Səfərov Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, “Qızıl gülün içində gül” və “Əlini qoy ürəyimin üstünə”adlı şeir topluları işıq üzü görmüşdür. Evliyəm, iki övladım var. Hər ikisi müəllimdir.

Müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, Ulu Öndər: “Təhsil millətin gələcəyidir”, – deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu Öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərərfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini vurğulamış, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.

İstər keçmiş SSRİ, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ümummilli lider təhsilə, tərbiyəyə elmi, strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisi naminə bu sahədə qarşıya çıxan problemlərin həllinə yüksək həssaslıqla yanaşmışdır. Müdrik dövlət xadimi təhsilin həm də, hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşdırmasında, cəmiyyətdə, dövlət quruculuğu prosesində yaxından iştirak etməsində mühüm rol oynayan amil olduğunu diqqətə çatdırmışdır: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Ulu Öndərin bu ifadələri aforizm xarakterlidir. Heydər Əliyev təhsilin insana cəmiyyətdə, həyatda gənclərin layiqli yer tutmalarında, şüurunun formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu demişdir. Heydər Əliyev orta məktəbə təhsilin bünövrəsi qiymətini vermişdir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Qeyd etmək vacibdir ki, dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafı üçün yüksək dəyərini saxlayan zəruri fəaliyyət proqramıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev müasir dövrün çox mühüm tələbi olan şagirdlərin və tələbələrin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların öz seçdikləri ixtisaslarına uyğun fənləri daha dərindən öyrənmələrini xüsusi olaraq tövsiyə etmişdir: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyirlər, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bu tapşırıq vətənsevərlik, milli mənəviyyatımızı inkişaf etdirmək, bir xalq kimi əsrlərcə yaşamaq üçün strateji inkişaf yolunu göstərir. Çünki dil, ədəbiyyat, tarix millətin varlığı, onun dünya xalqları içində pasportudur. Bütün bu müddəalar gələcək nəslimizin təlim-tərbiyəsi və təhsilin milli məzmununu müəyyənləşdirən çox mühüm istiqaməti göstərir və xalqımızın, vətəndaşlarımızın qarşısında ciddi bir vəzifələr qoyur.

Hal hazırda təhsil sahəsində çalışmıram. Çünki diqqətsizliyi, laqeydliyi üzərindən Təhsil Naziri Emin Əmrullayev işə can yandırmağıma baxmayaraq heç bir səbəb olmadan, obyektivlik deyil, yanlış subyektivizimdən çıxış edərək tələsik, işi araşdırmadan barəmdə işdən çıxma barədə qərar qəbul etmişdir. Nazirin bu hərəkəti hiddət doğurur. Bunu, mübaliğəsiz deyirəm, bütün Lənkəran bilir. Ümid edirdim ki, yeni təyin olunmuş nazir Azərbaycan xalqının ümummili lideri Ulu Öndərin dediyi:”dövlət o vaxt zəifləyər ki, günahsız cəzlanacaq, günahkar cəzasız qalacaq” kəlamını yerinə yetirib mənə qarşı edilən ədalətsizliyi aradan qaldıracaq. Ancaq bu belə olmadı. Ona aşağıdakı məzmunda dəfələrlə müraciət etdim:

“Cənab Nazir!

Sizin adınızdan mənim telefonuma təbrik məqsədilə gəlmiş mesaja görə Sizə dərin minnətdarlığımı bildirir və Sizi öz növbəmdə bayram münasibəti ilə bir qədər gec də olsa təbrik edirəm.

Amma diqqətinizə çatdırıram ki, 1994-cü ildən bəri ilk dəfədir ki, bu il müəllimlər gününü içimdə nisgillə qeyd etdim. Belə ki, mənə qarşı sifarişlə və sifarişin Təhsil Nazirliyinin əməkdaşı Aydın Rəhimovun icraçılığı ilə haqsızlıq edilmiş və əmrinizlə işdən azad olunmuşam. Bununla razılaşmayan 200 nəfərə yaxın kənd sakini Sizin elektron ünvanınıza öz etirazlarını yollasalar da heç biri barədə Sizə məlumat verilməmişdir.

Sizə təkrar müraciət edirəm. İnanıram ki, müraciətimə həssazlıqla yanaşacaqsınız. Mən 3-cü il idi ki, Şağlakücə məktəbində direktor vəzifəsində çalışırdım. Artıq 3-cü il təhsildə tərəqqiyə nail olduq. Üçüncü il məktəbdə əvvəlki illərdən fərqli olaraq ilk dəfə 7 nəfər ali məktəblərə daxil olmuş, şagirlərin sayında ciddi artım qeydə alınmışdı. Amma mən işdən uzaqlaşdırıldıqdan sonra valideynlər övladlarını məktəbdən çıxarmış və məktəbin 2 sinifi artıq bağlanmışdır.

2020-ci ilin fevral ayının 19-da məktəbdə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşı Aydın Rəhimov Sizin başqa bir məsələyə aid olan əmrinizlə qanunsuz olaraq Şağlakücə məktəbində yoxlama aparmışdır. O, özü ilə gətirdiyi məlumatları(guya ki, Rusiyada yaşayıb adları məktəbdə gedən müəllimlərin siyahısını yoxladıqdan və heç bir qanun pozğuntusu aşkarlaya bilmədikdən və ona verilmiş məlumatın yalnış olduğunu bildikdən sonra Təhsil Nazirliyi ilə deyil, onu sifarişlə məktəbə gətirələrlə telefon əlaqsəsi saxladı və texniki işçiləri bir-bir qəbul etməyə başlamışdır. İişçilərin yerində olduğunu görüb 2 nəfərə qarşı əsassız ittihamlar irəli sürmüşdür. O, həmin 2 nəfəri təhqir edib işdən çıxarmaqla təhdid etmiş və onları işdə olmamaqda günahlandırmışdır. Bunu görən həmin peçyandıranlar, təkrar edirəm peçyandıranlar, təkidlə tətbiq olunmuş cəriməni işlərini itirməməkdən ötrü ödəmək istədiklərini ciddi cəhtlə bildirdilər. Mən onlara bunu etməyin doğru olmadığını dedim. Lakin onlar cəriməni ödədilər. Bunu əsas götürən Eşqi Bağırov və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva keçən ilin 22 avqust tarixindən vəzifə səlahiyyətlərini aşaraq məndən ərizəmi verməyimi, əvəzində isə məni təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edəcələrini bildirdilər. Mən etiraz etdim. Anam ciddi xəstə olduğudan və 4 sentyabr 2020-ci il tarixində vəfat etdiyindən vaxtında Sizə müraciət edə bilmədim

Cənab Nazir!

Sizin vaxtınızı digər məsələlrlə almaq istəmirəm. Bircə onu qeyd etmək istəyirəm ki, mənim Şağlakücə məktəbinə direktor təyinatım rüşvətlə deyil imtahanla baş tutduğundan bu ədalətsizliklə üzləşmişəm. Mənə qarşı ədalətsizlik edilib. Sizdən dönə-dönə xahiş edirəm bu işi etibarlı və ən əsası ədalətli bir və ya bir neçə əməkdaşınızı göndərməklə yenidən yerində yoxlatdırın. Məni və ailəmi rayon ictimaiyyətinin gözündə hörmətdən salanlar barəsində tədbir görün.”

Lakin Emin Əmrullayev susdu və bu gün də susur!

Bu haqsızlıq və ədalətsizlikdir. Bu yazdığıma inanmıram ki, Emin Əmrullayevdən bir reaksiya gəlsin. Amma inanıram ki, Siz-virtual aləmdə həqiqi dostlarım reasiya verəcəksiniz. Qoy Təhsil Naziri təkrar çıxış edib desin ki, sosial şəbəkələrdə çıxış etməkdənsə bizə müraciət etsinlər. Xeyri yoxdur Təhsil Nazirliyinə müraciət etməyin. Mən orada Daxili Nəzarət Şöbəsinin müdirinin də, nazir müavininin də qəbulunda pandemiya qaydalarına uyğun 3 dəfə vaksin almağıma baxmayaraq uzaqdan-uzağa olmuşam. Onlar buz kimi adamlardır. Yalnız Sizin sərt təpkiniz bəlkə onların üzlərindəki qırovu əridə bilsin. Səsimə səs verin!




Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər