reklam
Regionxeberlericom.az » Gündəm » Talıbovun övladlarının İsveçrədə milyonlarla vəsaiti üzə çıxıb - TƏFƏRRÜAT

reklam

Talıbovun övladlarının İsveçrədə milyonlarla vəsaiti üzə çıxıb - TƏFƏRRÜAT


















Təhqiqatçı Jurnalistlərin Korrupsiyaya və Mütəşəkkil Cİnayətkarlığa qarşı Beynəlxalq Layihəsi (OCCRP) İsveçrənin “Credit Suisse” və “Bank Vontobel”, Birləşmiş Ərəb Əmirliyinin “Emirates NBD” və Böyük Britaniyanın “Barclays” banklarında çoxsaylı hesablara köçürülən pullarla bağlı yeni araşdırmanı yayımlayıb.

OCCRP-nin yeni araşdırmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarının da adı yer alıb.

Bildirilir ki, 2007-2012-ci illərdə adları qeyd olunan banklarda Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovun, qızı Baharxanım Talıbovanın və qardaşı oğlu Elnur Talıbovun adına olan hesablara “Murova Systems” və “Continus Corporation” adlı şirkətlərdən ümumilikdə 20,5 milyon dollara yaxın pul köçürülüb.

Qeyd olunur ki, ilk köçürmə 2007-ci ilin dekabr ayının 27-də olub. 40 min dollar 19 yaşlı Seymur Talıbovun bank hesabına köçürülüb. Onun 25 yaşlı qardaşı Rzanın hesabına da həmin gün 95 min dolları köçürülüb. Daha sonra bu proses davam edib. 

2007-2012-ci illər ərzində Seymur Talıbovun “Barclays” bankındakı hesabına 41 min 250 dollar, “Credit Suisse” bankındakı hesabına 4 milyon 185 min dollar, “Bank Vontobel” bankındakı hesabına 2 milyon 220 min dollar, “Emirates NBD” bankındakı hesabına isə 3 milyon 45 min dolar köçürülüb. 

Eyni dövrlərdə Rza Talıbovun “Credit Suisse” bankındakı hesabına 6 milyon 840 min dollar, “Commercial Bank of Dubai” bankındakı hesabına isə 4 milyon 205 min dollar köçürülüb. 

2012-ci ildə onların bacısı Baharxanım Talıbova “Murova Systems” və başqa bir ofşor şirkətdən 900 min dollar alıb. Vasif Talıbovun qardaşı oğlu Elnur Talıbov “Murova Systems” şirkətindən onun “Credit Suisse” bank hesabına 77 min dollar köçürülüb. Talıbovların biznes ortağı olan Vüqar Abasov isə “Murova Systems” və “Continus”-dan 5,8 milyon dollar alıb.

Onu da bildirək ki, OCCRP-nin əldə etdiyi bank hesabları 1940-cı illərdən başlayaraq son onilliyə qədər açılan 18 000-dən çox bank hesabını əhatə edir. Ümumilikdə mənbəsi və məlumatları yoxlanılan bank hesablarında olan məbləğ 100 milyard dollarından çox vəsait təşkil edir.





Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 14:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər