reklam
Regionxeberlericom.az » Gündəm » Yardımlıda MÜƏMMA: Uşaq bağçası niyə dağıldı? - Heydər Əliyev fondu inşa etdirmişdi...

reklam

Yardımlıda MÜƏMMA: Uşaq bağçası niyə dağıldı? - Heydər Əliyev fondu inşa etdirmişdi...













2014-2016-cı illərdə rayonun Biləzəmi adlanan ərazisində Heydər Əliyev fondu tərəfindən tikilmiş müasir tipli körpələr evi-uşaq bağçası barədə məlumat vermişdik. Körpələr evinin istifadəyə verildikdən cəmi bir neçə il sonra qəzalı vəziyyətə düşərək istismardan çıxarıldığını, fonddan ayrılan 100 minlərlə vəsait hesabına ərsəyə gəlmiş binanın qısa zamanda yararsız şəkilə düşməsinə təəssüfümüzü ifadə etmişdik. Mövzunun aidiyyatı dövlət qurumları tərəfindən araşdırılması üçün ciddi siqnal olduğunu da bildirmişdik.





RegionXəbərləri.com "Demokratik.Az"a istinadla bildirir ki, yazının yayımından sonra, Yardımlı İHB sanki məsuliyyətdən yayınmaq məqsədilə həmin bağçanın guya ayrı-ayrı iş adamlarının ianəsi hesabına inşa edildiyini qabardaraq, Heydər Əliyev fondunu tamamilə unutmaqla mövqe bildirmişdi.

Bugün rayonda olan jurnalist mövzuya yenidən qayıdıb və bir neçə ildir fəaliyyətini başqaq ünvanda davam etdirən bağçanın "yararsız" binasına baş çəkib. Nə baş verib ki, bina qəzalı hala gəlib, uşaq baxçası hansı keyfiyyət göstəricilərilə tikilib ki, bircə ilə tar-mar olub və istismarına son qoyulub? - kimi suallara cavab axtarıb.

Jurnalistin qeydə aldığı yeni şəkillərdən, videoqeyddən və öz müşahidələrindən bəlli olur ki, bina Yardımlı İHB-nin təqdim etdiyi həddə yarasız vəziyyətə düşməyib. Eləcə də girişdəki məlumat lövhəsi uşaq bağçasının məhz Heydər Əliyev adına fondun maliyyə dəstəyilə inşasını təsdiq edir.

Yardımlı İHB-nin bir müddət əvvəlki açıqlamasında bir məqam da diqqət çəkib. Rayonun başbilənləri qeyd edərək bildiriblər ki, demə, "Binanın tikildiyi ərazi sürüşmə zonasıdır. Bu səbəbdən ərazidə torpaq sürüşməsi hiss edilir...".

Bu məqamda isə maraqlı sual doğur. Yerli icra hakimiyyəti uşaq bağçasının tikintisində başqa yer tapmayıb ki, bilə-bilə binanın inşasını sürüşmə zonasına layihələndirib? Bu suala cavabı aidiyyatı qurumlar dərindən araşdırmalıdır. Məhz bu səbəbə, ötən yazımızda olayı həm Yardımlı uşaqlarına, həm də fonda qarşı xəyanət kimi dəyərləndirmişik.

Təəssüflə bir daha bildiririk ki, sözügedən bağça bir neçə ildir ki, məqsədli şəkildə rayon Mərkəzi Xəstəxanasının həyətində tikilmiş şəxsi obyektə köçürülərək fəaliyyətini davam etdirir. Məlumata görə, həmin obyekt də Yardımlı İHB-nin Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevə məxsusdur. Köçürmədən sonra, uşaq bağçasının Mahir Mirzəyevə aylıq kirayəhaqqı ödədiyi deyilsə də icra hakimiyyəti bu məlumatı da yalanlamaqla işini bitmiş hesab edir.

Hazırda təmir edilmədən sənəddə "yararsız" kimi saxlanılan, Heydər Əliyev fondunun tikdiyi binanın yerli məmurlardan biri tərəfindən "özəlləşdirləcəyi" iddiası da rayon sakinlərinin dillərində danışılır.

Ən acınacaqlısı həm də odur ki, körpələr evinin xəstəxananın həyətində yerləşdirilməsi körpə uşaqların sağlamlığına real təhlükələr yaradır. Belə ki, uşaqların yatıb-oynadıqları məkanın yaxınlığında mərkəzi xəstəxanaya aid olan vərəm dispanseri yerləşir.





Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər