Kəmaləddin Heydərova sözünü çatdıra bilməyən ŞİKAYƏTÇİ BUNA ƏL ATDI... - "Salam, hörmətli Kosa, Keçəl və Bahar qız!.."
RegionXəbərləri.com Teref.az-a istinadla əli dövlət orqanlarından üzülən vətəndaşın şikayətini təqdim edir:
"Salam, hörmətli Kosa, Keçəl və Bahar qız!
Bu məktubu əlimbütün dövlət orqanlarından üzüləndən sonra sizə yazıram. Nə səsim, nə məktublarım Fövqəladə Hallar nazirinə gedib çatmır, səsimi eşitdirmək üçün Azərbaycanda elə bir qurum qalmayıb ki ora müraciət etməyim. Amma faydası yoxdur. Hətta FHN naziri Kəmaləddin Heydərovun mərhum atası Fəttah Heydərovun sağlığında 26.05.2020-ci il tarixindəmedia vasitəsilə ona da müraciət edərək bildirmişdim ki,bəs Lerik rayon Piran kəndində mənə məxsus fərdi yaşayış evim var və hazırda öz ailəm ilə həmin evdə yaşayıram. 12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr, hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır.
Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik. Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirdi ki, “fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq”.
Çox hörmətli ağsaqqalımız sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm və ümidvaram ki, səsimə səs verib mənəköməklik göstərərsiz. Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil.
Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq. Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz, bizim bu acınacaqlı vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız.
Lakin Prezidentə etdiyim şikayətə baxmayan nazirlik Ağsaqqallar Şurasının sədrinə etdiyim müraciətə baxarmı? Baxmadı. Ona görə reallıqdan əlimi üzüb 2021-ci ilin son günlərində Şaxtababaya dərdimi məktub şəklində yazdım, mediada dərc olunsa da, daşdan səs çıxdı, FHN-dən səs çıxmadı.
Eşitdiyimə və mediadan oxuduğuma görə FHN naziri hörmətli Kəmaləddin Heydərov incə ruhlu insandır, hətta Kamal təxəllüsü ilə mahnılar bəstələyir, bəlkə də mənim şikayət məktublarım onun yaradıcılıqla məşğul olduğu vaxtlara təsadüf edir, ona görə baxılmamış qalır. Mən də qərara gəldim ki, bu dəfə xalqımızın milli bayramı Novruzun simvolları olan sizlərdən, yəni Kosa, Keçəl və Bahar qızdan kömək istəyim. İlaxır çərşənbədə və Bahar fəsli yurdumuza daxil olanda siz yəqin ki, hörmətli nazirimizin də kabinetinin qapısını döyüb papaq atar, bayram payınızı alacaqsınız. Xahiş edirəm ki, bu il Kosa və Keçəl xurcununu dolduranda Bahar qızı mənim dərdimi hörmətli nazirmizə anlatsın, bəlkə onu eşidər, kasıb daxmam tamamilə uçub dağılmadan onu yararlı vəziyyətə salınması üçün üzərinə düşən vəzifəni həyata keçirib bir tədbir görər.
İmza: Səbirsizliklə sizdən cavab gözləyən Lerik rayon Piran kənd sakini Ərəstun Bayramov"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2022, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər