Yasamalın halına bir ağlayan yoxdur... - Şikayətlərə BAXAN YOXDUR
Bir çox məmurlar var ki, onların saymazlıqları və korrupsioner fəaliyyətləri barəsində məlumatlar yayımlayan mətbuat nümayəndəsini cəzalandırmaq üçün hər vasitədən istifadə edirlər. Gah "trol"larına "irəli" əmrini verirlər, gah şantaj, gah da müxtəlif cür şər-böhtanla onun peşə fəaliyyətinə ləkə vurmağa çalışırlar. Yasamal rayon İcra Hakimiyyəti isə bu dəfə fərqli üsula əl atıb. Daha doğrusu əlinə düşən fürsətdən yararlanmağa çalışıb.
Belə ki, biz "DogruXeber.az" olaraq, dəfələrlə Yasamal rayonunda aparılan qanunsuz tikintilərlə bağlı məlumatlar yayımlamışıq. Adımızdan da göründüyü kimi, hər zaman cəmiyyətimizə doğru xəbərlər verib, bacardığımız qədər gerçəklikləri diqqətə çatdırmışıq. Yasamal rayonunda aparılan qanunsuz tikintilər və rayon sakinlərinin İcra başçısı haqqında narazılıqlarını da olduğu kimi dərc etmişik.
"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?
Yasamalda "quruculuq" işləri davam etdirilir
Yeri gəlmişkən, onu da qeyd edək ki, biz Yasamal rayonunda baş verənlər barəsində dəfələrlə yazsaq da, hər dəfəsində fərqli mövzu, yaxud eyni mövzu - fərqli ünvanlardan bəhs etmişik. Bu da o deməkdir ki, sözügedən rayonun problemləri bir, iki, üç və sair deyil, saymaq üçün uzun vaxt lazım olacaq qədər çoxdur.
Misal üçün, biz ötən yayımlarımızda sakinlərin narazılığından və Yeni Yasamal 2, 1-ci Alatava, Şəfaət Mehdiyev küçəsi 97 - su anbarının üstü, Ümid Əkbərov küçəsi, Nazim Hikmət küçəsi (3 saylı "Asan xidmət"in yanı) və.s. ünvanlarında aparılan qanunsuz tikintilərdən bəhs etmişdik. Bu dəfə isə yuxarıda sadaladığımız ünvanlara daha bir əlavəmiz də var. Belə ki, əldə etdiyimiz məlumata görə Şərifzadə küçəsində (Kaktus restoranının yaxınlığında) daha bir qanunsuz tikintinin inşası həyata keçirilməkdədir.
Hazırda tikinti işləri aparılır. Yasamal rayon İcra Hakimiyyəti isə bu kimi qanundankənar halların qarşısını almaq yerinə, bütün diqqətini cəmləyib əlinə düşən, bu kimi faktları gündəmə gətirən media vasitəsini "cəzalandırma" fürsətinə. Amma, özü tərəfdarı olub, bütün fəaliyyəti dövründə qanunlara riayət edib, hər kəsdən də bunu gözləyən bir media qurumu həmçinin nümayəndəsindən "qisas" almaq üçün bu kimi ucuz davranışların yararsız olduğunu düşünmədən.
Demək, bir neçə gün əvvəl "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları rəhbərliyin göstərişi ilə və təyinat əsasında Yeni Yasamal-2, Xiyabani 8 ünvanında yeni küçə xəttinin qazlaşdırılmasına başlamaq üçün sözügedən ünvanda olublar. Lakin, həmin küçəyə yaxın binada yaşayan sakinlər qalmaqal yaradaraq, buna mane olublar. "Fədakar" İcra nümayəndəsi də "biz sakinlərin mövqeyini qoruyuruq" deyərək, duruma müdaxilə etmədi. Amma, özü də bilmirdi ki, o bu sözü deməklə qaz çəkilən digər sakinlərin hüququnu pozmuş olur.
Beləliklə, sakinlərin səs-küyü və İcra nümayəndəsinin bina sakinlərinə qarşı olan "aşırı düşkünlüyü" nəticəsində, elə İcra nümayəndəsi Fərhad adlı şəxsin göstərişi ilə qaz çəkilişi prosesi həmin gün təxirə salındı. Növbəti cəhddə yenidən həmin sakinlər etiraz etdilər. Qeyd edək ki, hər iki cəhddə Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verilib. Polis əməkdaşları məsələyə cəlb edilsə də yenə proses təxirə salındı.
Qeyd: Birinci cəhddən sonra Ərazi üzrə İcra nümayəndəsi Fərhad adlı şəxslə telefon əlaqəsi saxlayarkən, o bildirdi ki, "mən İcra Hakimiyyəti ilə danışdım. Ordan mənə cavab verdilər ki, "Azəriqaz"la telefon əlaqəsi saxladıq, dedilər sənədləri qaydasındadır. İşlərini davam etdirə bilərlər." Lakin, ikinci cəhddə həmin hadisələrin təkrar yaşanmasından sonra redaksiyamızın rəhbəri Kamal Əsgərov yenidən icra nümayəndəsi ilə telefon əlaqəsi saxladı. Bu dəfə isə İcra nümayəndəsi ilk dediyi sözləri dandı və bildirdi ki, "Azəriqaz"dan telefonla deyiblər sənədlərin qaydasında olduğunu. Təqdim etməyiblər. Burda narazılıq edən sakinlər də sənədləri görmək istəyirlər. Təqdim edin, problem yoxdur, işinizi görün".
Bundan sonra redaksiyamızın rəhbəri Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərova zəng etdi. Dəstəyi qaldıran olmadı. Sonra İcra başçısının müavini Təravət xanım Muradovaya zəng etdi. Təravət xanım cavab verdi ki, "bu kimi məsələlər bizim şöbəyə aid deyil". Ardından, İnformasiya Təminat və Təhlil sektoru müdirini aradı. Nömrə işləmirdi. Daha sonra İTT sektorunda aparıcı məsləhətçi Aytək xanım Babayevaya zəng etdi. Bu dəfə isə dəstəyi Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən böyük məsləhətçi Tural Əsgərov qaldırdı. Məsələnin onların şöbəsinə aidiyyatı olmasa da, dinlədi və telefon nömrəsi götürdü ki, "mən deyərəm özləri əlaqə saxlayarlar". Lakin, əlaqə saxlayan olmadı.
Əlqərəz..
Beləcə qazlaşdırma prosesi bir neçə dəfə təxirə salındı.
Qeyd: Yeri gəlmişkən onu da qeyd edək ki, redaksiyamızın rəhbəri Kamal Əsgərovun yaxınları da qazlaşdırma aparılan küçədə yaşayırlar.
Proseslər zamanı sakinlərin yersiz və haqsız narazılıqlarına ərazi üzrə İcra nümayəndəsi ümumiyyətlə müdaxilə etmədi. Özünü mühəndis kimi təqdim edən Mübariz adlı şəxs sakinlərin arasında olurdu və tez-tez icra nümayəndəsi ilə telefon əlaqəsi saxlayırdı. Hər telefon zəngindən sonra sakinlər daha da israrla mane olmağa çalışırdılar. Nəhayət, qanun yadlarına düşdü və İcra nümayəndəsi bildirdi ki, "Mən İcra Hakimiyyətinə məruzə etdim, dedilər sənədlərini təqdim etsin sonra." Hətta, sənədlər təqdim edildiyi halda belə İcra Hakimiyyəti bununla qane olmayıb, digər əsaslı sənədlər - layihə və sair də tələb etməyə başladılar. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bütün lazımi sənədlər təqdim edildikdən sonra nəhayət ki, qazlaşdırma işləri həyata keçirildi. Maraqlıdır ki, sənədlər İcra Hakimiyyətinə göstəriləndən sonra ərazidə qalmaqal yaradan bəzi sakinlər də susdular. Deyəsən, onlar da "qanunları rəhbər tutub" ona "riayət etmək istəyiblərmiş" sadəcə. Lakin, onu da qeyd edək ki, elə bəzi sakinlərdən əldə etdiyimiz məlumata görə sakinləri bu işlərə mane olmağa sövq edən İcra nümayəndəsi imiş. Əslində, "bu əvvəldən bizim ağlımıza gəlmədi" desək yalan olar. İkinci cəhddə artıq, bunu təxmin etmişdik və yanılmamışıq.
Sən demə, İcra Hakimiyyəti bu yolla haqqında doğruları yazan medianı güya cəzalandırıırmış.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2022, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər