UKRAYNA ORDUSU ƏKS-HÜCUMA KEÇDİ: RUSİYAYA RAKET ATDI - "Kiyevdəki bütün diversant qrupları məhv edildi" + VİDEOLAR (Yenilənir)//baku.tv/az/dunyaa/50893/
“Bir qrup rus xuliqanı Obolonda, Lukyanovkada, Peçerskdə olublar. Qısa müddətli atışmalar oldu və dərhal dayandırıldı. Bu gün səhərə aid məlumatdır. Milli Qvardiya və Silahlı Qüvvələr peşəkar işləyir. Diversiya qrupları ya məhv edilib, ya da ələ keçirilib. Yeni siqnallar yoxdur. Ola bilsin diversiya qrupları haralardasa var, lakin onlar hazırda sakitləşiblər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç deyib. “Belə bir praktika var ki, düşmən qoşunları paytaxta yaxınlaşır. Orada iğtişaş yaratmaq və əhaliyə psixoloji təzyiq göstərmək üçün səy göstərirlər. Bu hadisə Kiyevdə baş versə də, kütləvi olmadı", - deyə Arestoviç bildirib.
Bu arada Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən aviabazasına raket zərbəsi endirib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin bir Su-30SM qırıcısı və daha bir neçə aviatexnika sıradan çıxarılıb. Aviazərbə barədə ilk məlumat və foto sosial şəbəkələrdə yayılıb. Ukraynanın Hava Qüvvələri Komandanlığı bu zərbəni ironik formada təsdiqləyib.
Çerniqov vilayətində Ukrayna hərbçiləri Minsk istiqamətində Rusiya ordusunun daha 20-ə yaxın tankını məhv edib. Bu barədə “Şimal” operativ komandanlığı Facebook səhifəsində məlumat yayıb. Hazırda canlı qüvvə itkisi dəqiqləşdirilir.
Həmçinin, "Şimal" bölməsi Repokdan Çerniqova doğru hərəkət edən Rusiya ordusunun texnikasının bir kolonunu da məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.
Bu arada Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.
Prezident Zelenski baş nazirə Rusiyanın ən son hərbi irəliləyişləri, o cümlədən Ukrayna şəhərlərinə raket və artilleriya zərbələri, bu səhər erkən saatlarda Kiyevdə baş verən dəhşətli hadisələr barədə məlumat verib. Boris Conson Böyük Britaniyanın Ukraynaya əlavə dəstəyini öhdəsinə götürüb.
***
“Hazırda Kiyev ətrafında, Hostomel, Vorzel və Buça məntəqələrində ağır döyüşlər gedir”. Bu barədə Prezident Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.
Onun sözlərinə görə, əsas təhlükə Kiyevin şimal-şərqində, Dımer-İvankov istiqamətindədir.
Aleksey Arestoviç Rusiya qoşunlarının hücumları davam etdirdiyini vurğulayıb.
“Lakin bizim desant mexanikləşdirilmiş hissələrimiz möhkəm istehkamlara malikdir. Artıq düşmənin bir neçə helikopteri və azı bir döyüş texnikası kolonu məhv edilib”,- deyə Ukrayna rəsmisi bildirib.
Bu arada Ukraynanın dərinliklərində yerləşən Çerkassk Vilayətinin Voznesensk kəndi yaxınlığında Rusiyaya aid hərbi təyyarə vurulub.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Çerkassk Vilayətinin operativ qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, vurulan təyyarənin pilotu katapult edib. Hazırda hüquq-mqhafizə orqanları onun axtarışına cəlb olunub.
Pilotun yaralandığı güman edilir. Əhalidən onun tapılmasına yardım edilməsi xahiş olunur.
Ukrayna daxili işlər nazirinin müşaviri-sözçüsü Vadim Dnissenko deyib ki, Rusiyanın Ukraynada son sutkada 33 mülki obyekti atəşə tutması nəticəsində 2 azyaşlı ölüb.
“Son sutkada Ukraynada 33 mülkü obyekt atəşə tutulub, nəticədə iki uşaq ölüb. Rusiya hərbçiləri mülki obyektlərə və dinc sakinlərə atəş açırlar”, - o qeyd edib.
***
“Ukraynanın mərkəzinə doğru irəliləyən Rusiya hərbçiləri məhv edilib”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.
***
“Düşmən (Rusiyanı nəzərdə tutur - red.) Ukrayna Hərbi Silahlı Qüvvələrinə məxsus iki avtomobili ələ keçirərək ukraynalı hərbçilərin geyimində Kiyevin mərkəzinə Oboloni istiqamətindən hərəkət edir”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, onların ardınca “düşmənin yük avtomobilləri karvanı hərəkət edir”.
Ukrayna Ali Radasından bildirilib ki, Rusiya Federasiyası silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupları Ukraynanın mövqelərinin arxa cəbhəsinə dərindən nüfuz etmək məqsədilə Ukrayna Milli Qvardiyasından ələ keçirdikləri maşınlardan istifadə edirlər: “İki “KAZAK”, üç KRAZA və bir “QAZ-66”dan istifadə edən işğalçılar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimindədirlər. Ukrayna vətəndaşlarından ayıq-sayıq olmalarını və hər hansı bir məlumat aldıqları təqdirdə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik”.
***
Rusiya tankları İvankov şəhərindən Kiyevə doğru irəliləyir. APA xəbər verir ki, bu barədə Unian.net sayı məlumat yayıb.
Ukrayna hərbçiləri Rusiya Ordusunun hücumunu ləngitmək üçün Demidov kəndi yaxınlığındakı körpünü partladıb.
Rusiya texnikasının hücum marşrutunu dəyişərək Kiyevin 7 kilometrliyində yerləşən Qostomel aerodromuna hərəkət etdiyi əlavə olunub.
Hazırda Kiyevdə hava həyəcanın elan olduğu bildirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Twitter səhifəsində bildirib: “Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank kalonları ilə İvankova və Çerniqov istiqamətindən Kiyevə soxulmaqdır. Rus tankları bizim tank əleyhinə raketlərimizin-“Stuqna”, “Korsar”, müsttəfiqlərimizin verdiyi NLAW и “Javelin” raketlərinin zərbəsindən yaxşı yanırlar. Kiyevin müdafiəçiləri hazır gözləyir”.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı isə bildirir ki, hazırda Dimer və İvankov yaşayış məntəqələri ətrafında döyüşlər gedir. Bu istiqamətlərdə Rusiyanın böyük sayda zirehli texnikası irəliləyib.
Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.
Bu məlumatı isə Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.
Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 7 qırıcı təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.
Kiyev yaxınlığında Rusiyaya məxsus vurulan təyyarəninin fotoları:
***
Qeyd edək ki, yerli vaxtla gecə saat 4.22-də Kiyevdə bir neçə güclü partlayış səsləri eşdilib. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya paytaxta qanadlı və ballistik raketlərlə zərbələr endirir. Kiyevin Troeşina rayonunda 6 partlayış qeydə alınıb, şəhərin digər rayonlarına da zərbələr endirilir, hədəfin hansı obyektlər olduğu hələ bəlli deyil.
Habelə ötən gün axşam saatlarında Rusiya qüvvələri Sum vilayətinin Konotop şəhərini mühasirəyə alıblar və Kiyevə doğru hərəkətə başlayıblar. Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib ki, olduqca çox sayda Rusiya hərbi texnikası Sum şəhərindən keçərək qərb istiqamətində irəliləyir. Konotop şəhəri mühasirəyə alınıb, Axtırka şəhəri azsaylı qüvvələrlə iki dəfə düşmənin hücumunu dəf edib.
“Əli silah tutan hər kəsə müraciət edirəm, düşməni doğma torpağımızda qarşılayın”, - vilayət rəhbəri bildirib.
Ukrayna quru qoşunlarının Komandanlığının dünən gecə yaydığı bəyanatda bildirilir ki, Rusiya sərhədə cəmləşdirdiyi 90 batalyon-taktiki qruplaşmasının 60-dan çoxunu Ukrayna ərazisinə yeridib. O cümlədən Belarus istiqamətindən batalyonlar daxil olub. Bəyanata görə Rusiyanın məkrli planının əsas hədəfi Kiyevi mühasirəyə almaq, Krıma və Dnestryanı bölgəyə quru dəhlizi açmaqdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-02-2022, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər