reklam
Regionxeberlericom.az » Gündəm » Vüsal Kərimlinin AİLƏ PODRATI... - Büdcə pullarına dədə malı kimi baxır...

reklam

Vüsal Kərimlinin AİLƏ PODRATI... - Büdcə pullarına dədə malı kimi baxır...
















Məlum olduğu kimi, Prezident İlham Əliyev bu ayın əvvəlində “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti artıq uzun müddətdir ictimaiyyətin ciddi narazılığı ilə müşayiət olundu. Tıxacların qarşısını ala bilməyən, yalnız kosmetik işlərlə məşğul olan bu qurumun son zamanlar qeyri-şəffaf fəaliyyəti də hökumətin ciddi reaksiyasına səbəb olub. Təsadüfü deyil ki, BNA-nın daxilində olan ən böyük qurum – “Baku Bus” MMC qurumdan alınaraq, İnvestisiya Holdinqinə verildi və “Baku Bus” MMC-nin Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasının yaradılması isə bu qurumun maliyyə əməliyyatları ilə bağlı ciddi şübhələrdən irəli gəlir. Məsələ ilə bağlı cumhuriyyet.az bildirir ki, BNA-nın illik gəlirləri barəsində açıqlaması da ictimaiyyət və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə BNA-nın keçirdiyi şübhəli tenderlər, sürücülər üçün uniformaya həddən artıq şişirdilmiş məbləğ xərclənməsi medianın və televiziyaların tənqidinə səbəb olub

Eyni zamanda cumhuriyyet.az bildirir ki, Vüsal Kərimli “Baku-bus”da ailə posrat yaradıb. Cənub zonasında qohum-əqrəba qoymayıb, hərəsinə bir vəzifə verib. Ümumiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər. Əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlu yaxın qohumu sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub.

V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub. V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir.

V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir. Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır. Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir




Paylaş:


Müəllif : Tarix:
26-02-2022, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər