reklam
Regionxeberlericom.az » Gündəm » Aviazərbə zamanı Ukraynada azərbaycanlı ailənin həlak olduğu TƏSDİQLƏNDİ

reklam

Aviazərbə zamanı Ukraynada azərbaycanlı ailənin həlak olduğu TƏSDİQLƏNDİ


Xerson Azərbaycanlıları diaspor təşkilatı azərbaycanlı ailənin üç üzvünün Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib.

Diaspor təşkilatından verilən məlumata görə, Qoşqar Fərzəliyev ailəsi ilə birlikdə Xerson vilayətinin İvanovka şəhərində yaşayıb.

Dünən Q. Fərzəliyevin həyat yoldaşı Nataliya Fərzəliyeva Xerson şəhərində təhsil alan oğlu Zauru evə gətirmək üçün avtomobillə Xersona gedib. Avtomobildə qızı Sabina və qonşunun övladı da olub. Avtomobil Xersondan İvanovkaya qayıdan zaman atəş altına düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı həlak olub.

Qeyd edək ki, Qoşqar Fərzəliyev əslən Cəbrayıl rayonundandır.




Paylaş:


Müəllif : Tarix:
26-02-2022, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər