"Rusiya ordusu ilə bağlı miflər dağılır" - "Kremlin siyasi hədəfi də sual doğurur"
"Rusiya ordusu, generalları və hərbi texnikası haqqında miflər dağılmaq üzrədir. Hərbi ekspertlər də yazırlar ki, bəs hanı Rusiyanın müxtəlif sərgilərdə nümayiş etdirdiyi yüksək texnoloji silahlar?"
Bunları politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.
Ekspert xatırladır ki, Ukraynada istifadə etdikləri hələ ki, köhnə silah və sursatdır: "Ukraynanın millətçi ruhu ilə tanınan şəhəri Lvova desant tökməyə çalışıblar. Şərqi Ukraynanı anladıq, oranı işğal etmək istəyirlər, Krıma quru yolu ələ keçirməyə çalışırlar. Bəs, Rusiya ordusunun Qərbi Ukraynanın mərkəzi - Lvova desant tökməkdə məqsədi nədir? Nəticə əldə etməyiblər. Kremlin siyasi hədəfi də sual doğurur. Tutaq ki, bir müddət sonra Ukrayna ordusunun müqavimətini qırıb Ukraynanın tamamını işğal etdilər. Bəs sonra? Kreml Ukraynanın başına gətirəcəyi kukla prezidentin ukraynalıların tamamını ram edəcəyinimi düşünür? Yəni həm hərbi, həm də siyasi “planlamanı” üzlərinə-gözlərinə bulaşdırdılar. Kremlin əldə etdiyi “nəticə” budur: Slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı..."
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2022, 23:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər