Zelenski danışıq yeri kimi Bakını və İstanbulu təklif edir - Rusiya nümayəndə heyəti isə Belarusa gedib
“Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.
Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Rusiya nümayəndə heyəti isə ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, - Peskov jurnalistlərə bildirib.
Ancaq Volodimir Zelenski Belarusun müharibədə tərəf olduğunu bildirərək, danışıqları başqa şəhərdə aparmağı təklif edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-02-2022, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər