GÜNÜN İKİ FOTOSU... - Birində rəğbət , digərində nifrət, ikrah var!
Bu mətni müşayiət edən hər iki şəkil bu gün Avropa Parlamentinin iclasında şəkilib.
Birinci şəkil: Arxa fondakı nəhəng monitorda çıxış edən Rusiya Federasiyasının xairici işlər naziri Sergey Lavrovdur, ölkəsinin Ukraynaya hücumuna yeni bəhanə uydurub, deyir ki, bu hücum Ukraynanın nüvə silahı əldə etməyə çalışmasını əngəlləmək üçün edilib.
Ondan üzlərini çevirərək, çıxışa doğru yönələnlər isə Avropa ölkələrinin parlamentarlarıdır, Rusiya XİN başçısının üzünü görmək, sözünü eşitmək istəmirlər, əmindirlər ki, bu adamın dilinə düz söz gəlməyəcək və ölkəsinin aqressiyasına haqq qazandırmaq üçün yalanları ard-arda düzəcək.
Bir az əvvəl məhz bu şəxslər Ukrayna prezidenti Volodimir Zelenskinin bombalalnan Kiyevdəki hansısa qərargahdan onlayn qaydada ağrı-acı, eyni zamanda ümid və hünərvərlik dolu çıxışını heyranlıqla dinləmiş, sonda ayaq üstə alqışlamışdılar.
Lavrov danışanda da mandatlı adamlar ayaq üstədirlər, amma bu şəxslər Lavrovun səsi gələn zaldan çıxmaq üçün ayaqdadırlar və üzlərində heyranlıq ifadəsi yoxdur, əksinə, nifrət və ikrah var.
Bu, məhz ikrahın tablosudur. Onlar zalda qalaraq bu danışan şəxsə nəsə sual vermək, ona ölkəsinin düz hərəkət etmədiyini başa salmaq, onunla qızğın-qızğın mübahisə etmək fikrində deyillər, eləcə, iyrənirmiş kimi çıxıb getmək istəyirlər.
Bu, bir ölkənin xarici siyasətinin iflası deməkdir. Artıq Rusiyanın sözünü, arqumentini dinləyən yoxdur. İndi onunla heç kəs mübahisə etmək istəmir, birdəfəlik qərara gəlinib ki, bu ölkə ilə danışıq aparmağın, polemikaya girməyin mənası və faydası yoxdur.
Aşağıdakı, ikinci şəkildə isə Ukrayna prezidenti Zelenskinin çıxışının alqışlandığı anlar əks olunub. Bu şəkildə isə hər şey var: dar ayaqda qorxub qaçmayan Zelenskiyə rəğbət, Ukrayna xalqının düşdüyü hala ürəyi yanmaq, yardım etmək istəyi, ümid və təsəlli vermək... (musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:1-03-2022, 20:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər