reklam
Regionxeberlericom.az » Gündəm » XARKOVA HÜCUM DƏF EDİLDİ - Ruslar şəhərdə mülki obyektləri bombalayır + VİDEOLAR (Yenilənib)

reklam

XARKOVA HÜCUM DƏF EDİLDİ - Ruslar şəhərdə mülki obyektləri bombalayır + VİDEOLAR (Yenilənib)









Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var.

Bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.

Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.

“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, rus ordusu Xarkovda polis idarəsi və universitet binası vurub, ölənlər var. 

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya ordusunun ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan başlatdığı şiddətli hücumların nəticəsi barədə məlumat verib. Vilayət rəhbəri özünün Facebook səhifəsində bildirib ki, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiya ordusu Xarkovu intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

“Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - Sinequbov bildirib.

Vilayət rəhbəri onu da qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər. 

“Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - o bildirib.

Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.

Martın 2-si səhər saatlarında Xarkov şəhərinin mərkəzi yenidən rus ordusu tərəfindən raket zərbələrinə məruz qalıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu dəfə əsas hədəf Xarkov şəhərinin Baş Polis İdarəsi olub. Raketlərdən biri Karazin adına Universitetin binasına düşüb. Yanğın ətrafdakı yaşayış binalarına da keçib. Hələ ki, insan itkiləri barədə məlumat verilmir. Hadisə yerində xilasedicilər işləyir.




09:13

Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya aviasiyası, o cümlədən strateji bombardmançılarla bombalandıqdan sonra şəhərə vertolyotlardan desant endirilib. Küçə döyüşləri başlayıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirir.

“Xarkova Rusiya desantı endirilib. İşğalçılar hospitala – Şimal rayonundakı mərkəzi hərbi klinikaya hücum ediblər. Qəsbkarlarla şəhərin müdafiəçiləri arasında döyüş başlayıb”, - məlumatda deyilir. Digər təfərrüatlar hələ məlum deyil.

Günlərdir ağır döyüşlərin getdiyi Xerson şəhərində də Rusiya qoşunları var, hazırda onlar şəhərin çay limanına və dəmiryol vağzalına nəzarət edirlər. Ötən gecə şəhərdə nisbətən sakit keçib, amma ara-sıra atəş səsləri eşidilib. Şəhər meri İqor Kolıxayev bu haqda bildirib.

O, Ukrayna prezidentindən xahiş edib ki, şəhərdən yüzlərlə meyiti toplamaq üçün “yaşıl dəhliz” təşkil etsin. Habelə Xersona ərzaq və dərman çatdırmaq xahiş edilir. Merin sözlərinə görə, həm şəhər sakinləri, həm hərbçilər arasında çoxlu həlak olanlar var. Ruslar məktəblərə, çoxmərtəbəli yaşayış binalarına atəş açır, partlayışlar eşidilir.

Sum vilayətinin Axtır rayonundakı Trostyansk qəsəbəsinə də üç istiqamətdən Rusiya hərbi kalonları daxil olub və yaşayış məntəqəsini tam ələ keçirib. Şəhərdə infrastruktur dağıdılıb, ruslar evləri gəzir, insanları zirzəmilərdən çıxarır və küçədə oturmağa məcbur edir. Bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.

Rusiya qoşunları şiddətli bombardmanların hesabına bəzi yaşayış məntəqələrinə daxil ola bilsələr də ağır itkilər verməkdə davam edirlər.

Ötən gün Xarkov ətrafında Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarından birinin döyüşçüləri Rusiyanın 200-cü motoatıcı briqadasının tərkibindən 6 ən yeni T-80BVM döyüş tankını qənimət kimi ələ keçiriblər. Tanklar cəmi bir BMP-2 və “Javelin” tank əleyhinə raketinin köməyi ilə ələ keçirmək mümkün olub. Bu haqda ukraynalı jurnalist Yuri Butusov özünün Facebook hesabında bildirib və ələ keçirilən tankların fotolarını yayıb.

Sum vilayətində isə martın 1-də axşam Ukrayna ordusu Rusiya ordusunun daha bir böyük kalonunu darmadağın edib. Vilayət rəhbəri Dmitri Jivitski bildirib ki, Ukrayna döyüşçüləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin və digər vasitələrin köməyi ilə Romensk rayonunun Pustovoytovka kəndi yaxınlığında Rusiya qoşunlarının cəmləşmə rayonuna zərbələr endiriblər. 

Nəticədə yarısı “Qrad” qurğularından ibarət olmaqla 80-ə yaxın texnika məhv edilib. Bundan başqa Bişkin kəndi yaxınlığında uzunluğu iki kilometrə çatan Rusiya hərbi kalonuna zərbələr endirilib. 100-ə yaxın tank və BTR-lər sıradan çıxarılıb.

“Sum vilayəti Ukraynanın şimal forpostudur! Sum vilayətinin müdafiəsi bütün ölkənin müdafiəsidir. Biz düşməni sərhəddə dayandırmışıq”, - Jivitski bildirib.




Paylaş:


Müəllif : Tarix:
2-03-2022, 16:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər