GÜNÜN FOTOSU: Xarkovu "şumlayanlar" şumda diz çökdürüldü!
Bunlar Ukrayna ordusu tərəfindən əsir götürülən ruslardır, daha dəqiqi, Rusiya Federasiyasının əsgərləri...
Əslində onlar ölümdən qurtarıblar, şəhərləri, kəndləri viran qoyulan, körpə balaları bombardman qurbanı olan qəzəbli əsgərlər - Ukraynalı hərbçilər onları əsir götürməyə də bilərdilər. Müharibələrdə belə epizodlar çox olur və güllələnənlərin qanı batıb-gedir.
Ancaq ukraynalı əsgərlər bu şəxslərə rəhm ediblər, birincisi, ona görə ki, arada slavyan qardaşlığı var, ikincisi isə əsir əsgərlərin Ukrayna çöllərinə öz iradələri ilə gəlmədikləri, əmr qulu olaraq gətirildikləri hər kəsə bəllidir.
Bəlkə də onlar könüllü şəkildə əsir düşüblər, əllərini qardaş qanına batırmaq istəməyiblər. Öz komandirlərinin əmrinə tabe olmadıqları halda onları güllələyə bilərdilər. Bu situasiyada düşmən daha rəhmli ola bilər, nəinki əsgərin öz komandirləri.
Əgər onlar "Ukraynanı sındırmağa gedən könüllülər" olsaydı, onlara rəhm edən olmayacaqdı. Elə bu şumluqdakı xəndəklərə gömüləcəkdilər.
Əsirlərin şumda diz çökdürülməsi isə bir qədər simvolik görünür. Onların ölkəsi artıq yeddi gündür ki, Ukraynanın şəhərlərini "şumlayır" - "Qrad" qurğularından tutmuş ta "İsgəndər" raketlərinə qədər yerdə göydələn çuxuru (kotlovan) əmələ gətirən hər cür mərmi atırlar.
Ukrayna tərəfinin çəkib paylaşdığı bu şəkil nə qədər təbliğat xarakteri daşısa da, həm də sülhə çağırışdır.
Bu görüntü işğalçılara dərs olmalıdır, onlar öz amansızlıqlarını, qəddarlıqlarını cilovlamalıdırlar. Çünki belə şəkillər bir daha çəkilməyə bilər. Ən faciəvisi də elə budur.(musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 20:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər