SAVAŞIN 9-CU GÜNÜ: RUS ORDUSU AĞIR İTKİLƏR VERİR, ƏLAVƏ QÜVVƏ TOPLAYIR - Ukraynadakı son vəziyyət açıqlandı
Rusiyanın Ukraynaya hücumunun 9-cu günü işğalçı qüvvələr bütün istiqamətlərdə ağır itkilər verir və hücum potensialı zəifləyir. Bu haqda Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov Facebook-da yaydığı bəyanatında bildirib.
“Ukrayna hərbçiləri və ərazi özünümüdafiə dəstələri bu günə olan vəziyyətə görə taktiki təşəbbüsü ələ alıblar, amma düşmən Kiyev, Xarkov şəhərlərini mühasirəyə almaq, Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq planlarından əl çəkmir. Cənub istiqamətində də şiddətli döyüşlər gedir, işğalçı Odessanı mühasirəyə almaq üçün qüvvələrini cəmləşdirir”, - Danilov operativ vəziyyəti belə təsvir edib.
Onun məlumatına görə, Rusiya komandanlığı Ukraynaya hücum üçün hazırladığı batalyon-taktiki qruplaşmaların artıq 95 faizini döyüşə atıb və ehtiyat qüvvələrə təcili ehtiyacı yaranıb.
“Mövqelərinin zəiflədiyini dərk edərək və qüvvələri yenidən cəmləşdirmək üçün vaxt udmaq məqsədi ilə düşmən hərbi və mülki obyektlərə intensiv hava və raket-artilleriya zərbələri endirir. Bu gecə Rusiya Zaporojets AES-i atəşə tutmaqla dünyanı qlobal fəlakət təhdidi qarşısında qoydu”, - Danilov qeyd edib.
Ukrayna prezidenti Ofisinin nümayəndəsi Aleksey Arestoviç isə bildirir ki, Rusiya qoşunlarına qarşı Xarkov və Axtırka ətrafında effektiv müdafiə Ukraynaya əlavə vaxt qazandırır.
Bu gün keçirdiyi brifinqdə Arestoviç rusların həmin şəhərlərdə böyük itkilər verdiyini və əlavə qüvvələri səfərbər etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları əsas zərbə istiqamətini dəyişdirib.
“Xarkov və Axtırka şəhərləri düşmənin sarsıdıcı zərbələrinə məruz qalır, amma müdafiə olunur. Oradakı situasiya barədə beynəlxalq səviyyədə bilirlər. Axtırkada aviasiyanın köməyi ilə istilik elektrik stansiyasını dağıtmaq istəyiblər, amma hücum dəf edilib. Düşmən orada ağır itkilər verir və əlavə qüvvələr cəlb edir, əks halda həmin qüvvələr başqa istiqamətlərdə istifadə oluna bilərdi. Məsələn, Kiyev istiqamətində”, - Arestoviç deyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda isə deyilir ki, Rusiya ordusu özünün əsas operativ rezervlərini tükədib. Rusiya qoşunlarının əsas hədəfi Kiyevi mühasirəyə almaq və mühasirəyə alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Həmin vəzifələrin yerinə yetirilməsi üçün onlar operativ rezervləri artıq döyüşə atıb tükədiblər və indi Cənub Hərbi Dairəsindən, Şərq Hərbi Dairəsindən əlavə qüvvələr gətirirlər.
“Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşdirilmiş hissələrinin ikinci eşalonu və operativ ehtiyat qüvvələrin böyük hissəsi artıq istifadə olunub. Slabojansk şəhəri ətrafında Rusiyanın 20-ci ordusunun qüvvələri Novoaydar və Severodonetsk istiqamətlərində hücumu davam etdirir. Donetsk istiqamətində Rusiya ordusu 6 batalyon-taktiki qruplaşması ilə Mariupol ətrafında mühasirəni saxlamağa çalışır. İtkilərin yerini doldurmaq üçün Donetsk vilayətində rusiyalı kuratorlar əlavə canlı qüvvə toplayır və onları İlovayst stansiyasına daşıyır”, - Baş qərargah bildirir.
Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya qoşunlarına qarşı müqavimət davam edir: “Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladı. Rusiya altı BTQ-nin köməyi ilə Mariupol şəhəri ətrafında mühasirəni davam etdirməyə çalışır".
Məlumata görə, Rusiya hərbçiləri Qara dəniz sahillərini tutmaq iddialarından əl çəkmirlər: "Rusların taktikasında dəyişiklik olub. Onlar əhaliyə psixoloji təsir etməyə çalışırlar. Bu günlərdə qarşı tərəfin dezinformasiya yayması gözlənilir. Xalqımız ayıq-sayıq olmalıdır”.
Rusiyanın paytaxtı Kiyev şəhərinin yaxınlığında yerləşən Qostomel aerodromu Ukrayna ordusunun nəzarətinə keçib.
Bu barədə "İnsayder Ukrayna" teleqram kanalı məlumat yayıb.
Qostomel aerodromundan çəkilən görüntülərə öldürülən Rusiya hərbçilərin cəsədləri düşüb.
Martın 4-də Rusiya silahlı qüvvələrinə aid daha bir hərbi təyyarə vurulub.
Bununla bağlı Ukrayna Müdafi Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, işğalçılara aid “Su-25” təyyarəsi Donetsk vilayətindəki Volnovaxa şəhərinin dinc əhalisini bombalayırmış.
Təyyarənin pilotu katapult edib. Hazırda onun axtarışları davam etdirilir.
Bu arada Kiyev vilayətinin Çayki kəndi Rusiya Ordusunun hücumlarına məruz qalıb.
“Ukrayna 24” bununla bağlı kadrlar yayımlayıb.
“Dağılmış binanın yanındakı qara tüstüdən səma belə görünmür”, - deyə kanaldan bildirilib.
Ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.
Rusların Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində isə 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.
“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.
"Çerniqovda apelyasiya məhkəməsinin rəhbərlərindən biri Lyuba Xareçkanın ailəsinin olduğu avtomobil güllələnib, L.Xareçka və həyat yoldaşı ölüb, oğlu isə yaralanıb. Onların hadisə yerindən çıxarılmasına cəhdlər davam edir. Bu dəqiqələrdə də şiddətli atışmalar gedir", - Çerniqovdakı hadisə şahidi olan azərbaycanlı bildirib.
Qeyd edək ki, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.
Hazırda Çerniqov mühasirədədir, dağıdıntılar hələdə təmizlənməyib. Dünən axşam saatlarında şəhərin 2 məktəbini tam dağıdılıb.
Ukraynanın Enerqodar şəhərində də güclü partlayış olub. Hadisənin təfərrüatı məlum deyil.
Bundan əlavə, Ukrayna yaşayış məntəqələrinin atəşə tutulmasının davam etdiyi bildirilir. Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serhiy Qayday deyib ki, martın 3-də Luqanskda 7 sakinin meyiti tapılıb. Həmçinin 2-si uşaq olmaqla 13 nəfər yaralanıb.
Onun sözlərinə görə, Severodonetskdə kommunikasiyalar məhv edilib, şəhər qazsız qalıb. İndi onların bərpası istiqamətində iş aparılır: “Ruslar çoxsahəli xəstəxananı və turizm və diyarşünaslıq mərkəzini də atəşə tutublar. Ötən gecə Severodonetskdən başqa, Borovski, Zolotoy-4, Lisiçansk, Qornı, Popasnaya, Sirotin və digər yaşayış məntəqələrinə də zərbələr endirilib”.
***
Rusiya ordusunun əsgərləri Ukraynada kütləvi şəkildə, dəstələr halında bəzən heç bir müqavimət göstərmədən əsir düşür. Sosial şəbəkələrdə hər gün bunu təsdiqləyən çoxsaylı videolar yayılmaqdadır. Növbəti belə videoda əsir düşən rusların avtobusa doldurulması əks olunur, onların üst-başı palçıq içindədir, özləri günlərlə ac qaldıqlarını deyirlər və ukraynalı döyüşçülərin verdikləri çörək parçalarını acgözlüklə yeyirlər.
“Bütün bunlar bizim Ukraynanın meşələrində və çöllərində dolaşır, dərin şok vəziyyətində. Kalonlar darmadağın edilib, yemək yoxdur. Hər yerdə düşmənlərdir”,-müharibə xəbərləri yayan telegram-kanallardan biri həmin görüntüləri bu qeydlə yayıb.
Qeyd olunur ki, rusların aclığa və soyuğa tab gətirməyərək təslim olduqları görünür. Onlar avtobusa mindirildikcə hansı şəhərlərdən xidmətə çağırıldıqlarını deyirlər...
Qeyd edək ki, bu gün səhər də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun bir qrup hərbçisini əsir götürüb.
Bununla bağlı görüntülər yayılıb.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı da sürətlə artır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 9 166 nəfər zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.
Bundan başqa, işğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan müdafiə sistemi, 50 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 404 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.
***
Rusiya qoşunları Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçiriblər.
Bu barədə məlumatı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi yayıb.
Məlumata görə, rusiyalı hərbçilər hazırda stansiyanın inzibati binasına və girişinə nəzarət edirlər.
Bildirilir ki, stansiyanı qoruyan ukraynalı hərbçilər arasında ölən və yaralananlar var. Buna baxmayaraq, stansiyanın personalı enerji bloklarında işləməyə davam edir.
***
Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb. Bildirilib ki, Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb. Ölən yoxdur.
Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər: “Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib”.
Nazirliyin məlumatına görə, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər.
Rəsmi informasiyaya əsasən, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar: “Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2022, 19:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər