reklam
Regionxeberlericom.az » Gündəm » UKRAYNA ORDUSU XARKOVDA DA ƏKS-HÜCUMA KEÇDİ – İşğalçı ciddi itkilər verib

reklam

UKRAYNA ORDUSU XARKOVDA DA ƏKS-HÜCUMA KEÇDİ – İşğalçı ciddi itkilər verib















“Ukrayna Ordusu Xarkov istiqamətində işğalçıya aid 3 tankı məhv edib, birini isə qənimət olaraq ələ keçirib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Teleqram” kanalında məlumat yayılıb.

Məlumatda bildirilir ki, əks-hücuma keçən Ukrayna hərbçiləri düşməni Rusiya ilə sərhədə doğru sıxışdırmağa nail olub.

Ümumilikdə işğal başlayan gündən indiyə qədər Xarkov istiqamətində 500-dək Rusiya hərbi texnikasının məhv edildiyi bildirilir.

Xarkov Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Oleq Sinegubov bildirib ki, Silahlı Qüvvələrimiz çox ciddi mövqelər tutub: "Onlar təcavüzkarın hücumuna tab gətirdilər və indi nəinki cavab verirlər, əksinə artıq əks-hücuma keçiblər. Məsələn, düşmən xəttini Xarkovdan Sumı istiqamətində, tamamilə sıxışdırıblar, dövlət sərhədində mövqeləri tuturlar”, 

Onun sözlərinə görə, oxşar vəziyyət Derqaçev istiqamətində də yaranıb: "Düşmən demək olar ki, bütün hücum resurslarını itirib, o, artıq zirehli texnikası ilə belə kütləvi şəkildə hərəkət etmir. Sadəcə olaraq vəziyyəti araşdırır: 4-5 tank çıxdı, Silahlı Qüvvələrimiz onları məhv etdi - vəssalam. Onlar qaçıblar.”

RHA rəhbəri qeyd edib ki, 5-ci sərhəd dəstəsinin sərhədçiləri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Sumı vilayətində Ukraynanın dövlət sərhədi xəttinə daxil olublar : "Xarkov müdafiə qüvvələri mövqelərini xeyli gücləndirib və döyüş qabiliyyətini artırıb. Ordumuz işğalçının o qədər texnikasını məhv edib ki, onlarla bir neçə ölkənin ordusunu silahlandırmaq mümkün olardı. Rusiya ilə 7 gün davam edən döyüşlərdə xarkovlular düşmənin 500 vahiddən çox texnikasını məhv edib! Düşmən bunun mümkünsüzlüyünü dərk edib. Şəhəri ələ keçirməyin mümkünsüzlüyün dərk edən düşmən bizim hava hücumundan müdafiə qüvvələrimizin fəaliyyətindən kənarda yüksək hündürlüklərdə məkrli şəkildə raket və bomba zərbələri endirir.”

Oleq Sinegubovun fikrincə, işğalçılar tezliklə Xarkov vilayətindən kənara atılacaqlar.




Paylaş:


Müəllif : Tarix:
5-03-2022, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər