Rusiya neftinə embarqo, artan etirazlar: - "Müharibənin nəticələri dözülməz olacaq"
ABŞ Konqresinin Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) spikeri Nensi Pelosi Rusiyanı təcrid etmək üçün qanunvericilik variantlarını, o cümlədən Rusiya neftinə qadağa qoyulmasını araşdırdığını bildirib. Bu barədə “The Hill” məlumat yayıb.
Pelosi həmkarlarına ünvanladığı məktubda “Bizim qanunumuz Rusiyanın ABŞ-a neft və enerji idxalını qadağan edəcək, Rusiya və Belarusla normal ticarət əlaqələrini ləğv edəcək və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına girişini qadağan etmək üçün ilk addımı atacaq. Biz həmçinin hakimiyyətin icraiyyə qanadına Rusiya idxalına tarifləri artırmaq səlahiyyəti verəcəyik”,- deyə bildirib.
Pelosi qeyd edib ki, prezident Co Bayden administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dollar istəyib. O əlavə edib ki, "Konqres bu həftə bu təcili maliyyələşdirməni hərtərəfli hökumət maliyyələşdirmə qanunvericiliyinin bir hissəsi kimi təsdiqləmək niyyətindədir".
Bu arada Rusiyada müharibə əleyhinə etirazlar addım-addım böyüyür. Artıq ölkənin 56 şəhərində polis Ukraynanın işğalına qarşı etiraz aksiyalarında 4300-dən çox insanı saxlayıb, o cümlədən məhbuslar arasında azyaşlılar da var. Bu barədə məlumatı “Reuters” yayıb: “İfrat güc tətbiqi ilə bağlı çoxlu təsdiqlənmiş hallar var – polis sərt həbslər həyata keçirib, dəyənəklərlə vurub, elektroşoker istifadə edib”.
Ötən gün etirazçılar "Müharibəyə yox!" və "Ar olsun!" şüarları ilə meydana çıxıblar. Yekaterinburqda Putinin şəkli olan divar zədələnib.
Britaniya kəşfiyyatı isə Rusiyanın həftə sonu Ukraynaya qarşı müharibədə minimal irəliləyiş əldə etdiyini bildirib: "Rusiya qüvvələri həftə sonu çox güman ki, qurudan minimal irəliləyişə nail olub. Çətin ki, Rusiya bu günə qədər planlaşdırdığı hədəflərə uğurla nail ola bilsin”.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib: “Düşünürəm ki, Ukrayna qalib gələcək. Artıq on gündür ki, Ukrayna dünya ekspertlərinin təsəvvür edə bilmədiyi miqyasda müqavimət göstərir. Müharibənin nəticələri dözülməz olacaq və prezident Putin nə vaxtsa seçim qarşısında qalacaq: ya Rusiyanın fəaliyyəti üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq”. //Bizimyol.info//
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər