PUTİNİN UKRAYNADA BATAQLIĞA BATAN ORDUSU və ARZUSU... - Rusiyanın “xüsusi əməliyyatı” “sürünmə əməliyyatı”na çevrilir + FOTO
Rusiyanın “xüsusi əməliyyat” adı altında həyata keçirdiyi və iki günə bitirməyi planlaşdırdığı müharibə 12-ci günə keçdi. Savaş meydanından gələn məlumatlar göstərir ki, Moskvnın ildırım sürətli həmləsi və ukraynalıların tezliklə təslim olacaqları, hətta rus əsgərini “gül-çiçəklə qarşılayacaqları” barədə illüziyalar puç olub. Rus əsgəri, rus ordusu, rus iqtisadiyyatı, eləcə də sivil bir dövlət kimi Rusiyanın beynəlxalq reputasiyası Ukraynada bataqlığa düşdü...
Artıq rus ordusu asanlıqla yenə bilmədiyi Ukrayna əsgərinin, dövlətinin, prezidentinin acığını dinc əhalidən çıxır. Məsələn, Kreml Xarkov kimi rusdilli və əsasən ruslarla qarışıq kökə malik əhalinin yaşadığı şəhəri yerlə yeksan edir, yaşayış binalarını, bağçaları, xəstəxanaları bombalayır. Ancaq heç cür şəhəri ələ keçirə bilmir. Əksinə, ötən gün Ukrayna Ordusu Xarkov vilayətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında deyilir: “Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”.
Həmçinin, ötən gün Ukrayna Milli Qvardiyasının qüvvələri və Xarkov ərazi müdafiə döyüşçüləri düşmənin texnika kolonunu məhv edib.
Kiyevin yaxınlığındakı 64 kilometrlik hərbi kolon yerində sayır. Pentaqonun açıqladığı son məlumata görə, kolonda heç bir hərəkətlilik müşahidə olunmur. Qurumun açıqlamasında deyilir ki, bir çox müşahidəçilər sözügedən kolonun bataqlığa “ilişdiyi” və bütün yanacağını bitirdiyi qənaətindədir.
Maxar Technologies” şirkətinin kommersiya peykləri tərəfindən çəkmiş şəkillərdən də belə təsəvvür yaranır ki, Rusiya hərbi kalonu hərəkət qabiliyyətini itirib.
Rus hərbçilərin motivasiya, yanacaq, ərzaq problemi var. Kiyev müdafiəyə hazırdır, prezident və ölkə rəhbərliyi öz yerindədir, şəhəri və onun müdafiəçilərini tərk etməyib.
Pentaqon həmçinin, Rusiyanın Odessaya desant düşürmədiyini və tezliklə bunun baş verəcyinin ehtimal olunmadığını bildirir. Hətta son məlumata görə, Odessaya yaxın sularda Rusiyaya məxsus hərbi gəmi Ukrayna tərəfindən batırılıb.
Bununla yanaşı, qurum hesab edir ki, Rusiya Ukrayna səmasında birmənalı üstünlüyə malik ola bilməyib. Ukrayna hərbi təyyarələri və helikopterləri fəaliyyətdədir, hər iki tərəf böyük itkilər versələr də Ukraynanın hava müdafiə sistemləri işləkdirlər və rus təyyarələrini və raketlərini vura bilirlər. Artıq bir neçə rusiyalı hərbi pilot əsir götürülüb və onlar Haaqa məhkəməsində Rusiyanın törətdiyi hərbi cinayətlərlə bağlı şahidlik edə bilərlər...
ABŞ dövlət katibi Entoni Blinken Polşanın Ukraynaya döyüş təyyarələri göndərmək planlarına ölkəsi tərəfindən razılıq aldığını və Bayden administrasiyasının bu ehtiyacları ödəməyə çalışacağını bildirib.
ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala “buna yaşıl işıq yanıb”, - deyə cavab verib.
Polşa təyyarələrin verilməsində tərddüd edir. Lakin bu hərəkətliliyin özü də Rusiya üçün bir siqnal xarakteri daşıyır və göstərir ki, hansısa məqamda Ukraynanın hava məkanının qorunması məsələsində NATO tərəfindən radikal addımlar atıla bilər...
Bu arada dünyanın 52 ölkəsindən olan təcrübəli veteranlar və könüllülər Ukraynaya gəlir. Ukraynada döyüşməyə hazır olan əcnəbilərin müraciətlərinin ümumi sayı 20 minə yaxınlaşır.
Rusiyanın özündə müharibə əleyhinə etiraz səsləri çoxalmaqda davam edir. Təkcə martın 6-da keçirilən anti-müharibə aksiyalarında azı 4 390 nəfər saxlanılıb. Bu barədə “OVD-İnfo” insan haqları layihəsi məlumat yayıb.
Məlumata görə, həbslər Rusiyanın 56 şəhərində həyata keçirilib. Saxlanılanların əksəriyyəti Moskva (1 648 nəfər), Sankt-Peterburq (1 194 nəfər) və Novosibirskdə (271 nəfər) olub. Rusiya Daxili İşlər Nazirliyi martın 6-da ölkə daxilində müharibə əleyhinə keçirilən aksiyalarda 3 500-ə yaxın adamın saxlandığını etiraf edib.
Rusiya Prezidentinin yanında İnsan Hüquqları Şurasının 13 üzvü Ukrayna ilə müharibəni dayandırmağa çağırıb.
Şura üzvlərinin imzaladığı müraciətdə deyilir: "Rusiya ordusu qonşu ölkədə hərbi əməliyyatlar apardığı vaxtda çox ağır nəticələrlə qarşılaşırıq, o cümlədən insan hüquqlarının reallaşdırılması sahəsində. Hamıya bəllidir ki, hər iki tərəfdən artıq yüzlərlə adam öldürülüb. Son hadisələr vətəndaşların sosial və şəxsi hüquqlarını reallaşdırmasına ciddi maneələr yaradır...”
Təsadüfi deyil ki, Putin son çıxışında Rusiyanın daxildən çalxalamaq cəhdlərinin olduğunu deyib. Hansı ki, bunun əsas baiskarı elə Putinin özüdür...
Ukraynada Xerson başda olmaqla işğal altında olan şəhər və rayonlarda əhali kütləvi etiraza qalxır, qorxmadan silahlı rus əsgərinin üzərinə gedir. Martın 7-də səhər saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutur.
Ukrayna mənbələri bildirir ki, şəhərin hər yerindən şiddətli partlayış səsləri eşidilir. Kiyevin yaxınlığındakı İrpen, Buça və Qostomeldə rusların gücü yalnız yerli dinc əhaliyə çatır. Hər üç şəhərdə ruslara qarşı şiddətli müqavimət davam edir...
Bir sözlə, Rusiyanın Ukraynaya gətirmək istədiyi “rus dünyası” Ukraynada heç kimə lazım deyil, hətta rusların özünə də. Putin isə hər nə qədər guya “xüsusi əməliyyat”ın plan üzrə getdiyini bəyan etsə də, bütün dünyanın gözü önündə onun ordusu Ukraynada faktiki olaraq, sürünməkdədir. Əksər müşahidəçilər işğalçı statusundakı rus ordusunun motivasiya ilə bərabər yanacaq, ərzaq, adi məişət məsələləri, bir sözlə logistika sarıdan ciddi problemlər yaşadığını bildirirlər.
Bütün bunla o deməkdir ki, Ukraynada müharibənin Rusiyanın istədiyi vaxtda və şəkildə başa çatdırılması planları fiaskoya uğrayıb. Kreml hazırda, gec də olsa savaşın durdurulması istiqamətində addımlar atmasa, girdiyi bataqlıqda hələ çox çabalamalı olacaq. Bununsa Rusiya və ona rəhbərlik edənlər üçün nəylə nəticələnəcəyini təsəvvür etmək o qədər də çətin deyil...
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 20:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər