Polis Bəxtiyar Hacıyevin maşınının şüşəsini sındırdı - VİDEO + DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyinin (DİN) inzibati binası qarşısında polis əməkdaşları ictimai fəal Bəxtiyar Hacıyevin avtomobilinin yan şüşələrini sındırıblar.
Bu barədə B. Hacıyev sosial şəbəkə hesabında görüntülər paylaşıb.
Videoda polis əməkdaşlarının avtomobilin kilidini açmaq üçün şüşəni sındırması əks olunub. Daha sonra sonra ictimai fəalın əlindən çəkiliş apardığı telefon alınır və çəkiliş yarımçıq qalır.
Məsələ ilə bağlı DİN-dən bildirilib ki, B. Hacıyev nazirliyin binası qarşısında özünü yandırmağa cəhd edib:
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-03-2022, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər