reklam
Regionxeberlericom.az » Gündəm » Goranboyda orta məktəbdə direktor rəzaləti-ŞİKAYƏT

reklam

Goranboyda orta məktəbdə direktor rəzaləti-ŞİKAYƏT




















3-cü qrup Vətən müharibəsi əlili   Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin texniki işçisi Xəlfəyev Amil Vidadi oğlu tərəfindən

 Ş İ K A Y Ə T

Mən 44 günlük müharibədə iştirak etmişəm, sağlamlığımı itirmişəm, 3-cü qrup əliləm, gənc ailəm və himayəmdə iki azyaşlı uşağım var.  Məni Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə texniki şöbəyə işçi qəbul ediblər.

Üç aydır işlədiyim məktəbə Təhsil Nazirliyinin təşkil etdiyi "Direktorların İşə Qəbulu" imtahanında  tələb olunan imtahan balını toplamadan müsabiqə mərhələlərində iştirak etmədən direktor vəzifəsinə  qanunsuz təyin edilən Nailə Allahverdiyeva  mənnə dəli adı verərək işlədiyim kollektivdə məni nüfuzdan salır. Əgər dəliyəmsə nə üçün mənə silah etibar edib 44 günlük döyüşə göndərirdilər və mənim işlə təmin ediblər ?Məktəbin direktoru Nailə Allahverdiyeva təsərrüfat müdürü Rövşən Zeynalovla əlbir olaraq məni sıxışdırırlar, hüquqlarımı pozurlar, mənə hörmətsizlik edirlər.Vətəndaşlarıla normal rəftar etmək üçün vəzifəli şəxslərə dəfələrlə tapşırıqlar verirsiniz.

Çox təəssüflər olsun ki,  bu tapşırıqlarınıza işlədiyim Goranboy  rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta  məktəbin direktoru Nailə Allahverdiyeva, təsərrüfat müdürü Rövşən Zeynalov tərəfindən riayət edilmir.İdarə etmənin zəifliyi nəticəsində məktəb dağılır, yararsız haldadır, qəzalı vəziyyətindədir. Məktəbə direktor təyin ediləndə onun idarəetmə bacarığı xüsusi ilə nəzərə alınmalıdır. 

İkinci Qarabağ döyüşlərinin iştirakçısı olaraq   Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzarətinizə götürəsiniz, aidiyyatı qurumlara məktəb direktoru Nailə Allahverdiyevanın və Təsərrüfat müdürü Rövşən Zeynalovun iş  fəaliyyətinin yoxlanılması üçün tapşırıqlar verəsiniz.

İnanıram və ümid edirəm ki, sağlamlığını 44 günlük döyüşdə itirmiş qazi olaraq yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər tərəfindən pozulmuş hüquqlarım bərpa olunacaq, onların iş fəaliyyətindəki yol verdikləri nöqsanlar obyektiv araşdırılacaq, əməllərinə hüquqi qiymət veriləcək, vəzifələrindən uzaqlaşdırılacaqlar.

RegionXəbərləri.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....

RegionXəbərləri.com

 

 

 




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər