reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı daha bir biabırçı fakt - Səfir tanınmış jurnalisti ölmə göndərdi...

reklam

Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı daha bir biabırçı fakt - Səfir tanınmış jurnalisti ölmə göndərdi...


Azərbaycanın Ukraynadakı səfirliyinin tam fəaliyyətsizliyi, səfir Elmira Axundovanın oradan qaçması hələ də ciddi müzakirə olunur, sosial şəbəkələrdə tənqid edilir. Hazırda Ukraynadakı səfiliyimiz, demək olar ki, işləmir. Buna görə də odum-alovun içərisində olan azərbaycanlıların evakuasiyası hər gün daha da çətinləşir, xəstələnənlərin, həyatını itirənlərin sayı hər gün artır.

Ukraynadakı səfirliyimiz təkcə orada yaşayan sakinlərimizə deyil, həm də müharibəni işıqlandıran jurnalistlərimizə qarşı da eyni dərəcədə laqeyd, hətta deyərdik, düşmən münasibət sərgiləyir.

Müharibənin başladığı gündən ən qaynar nöqtələrdən xəbərlər verən, oradakı vəziyyətlə bağlı operativ şəkildə informasiyalar göndərən Report İnformasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Mübariz Aslanovun yazdıqları səfirliyin məsələlərə münasibəti, orada çalışanların mahiyyəti barədə dolğun təsəvvür yaradır. Jurnalistlərin qeydləri sadəcə dəhşətdir.

Bakupost.az M.Aslanovun sosial şəbəkələrdə yazdığı postu təqdim edir:

“Səfirlik çoxdan, 1 həftədir yoxdur. Ukraynadakı azərbaycanlıların problemlərini maşallah Moldova, Macarıstan, Rumıniyadakı səfirliklərimiz həll edir. Kiyevdə səfirlikdə bir Sabir Rzayev adlı diplomatdan başqa hər standarta cavab verən müvəqqəti işlər vəkili ilə qapıdakı XDMX-lər qalmışdı, onlar da srağagün AzTV nin müxbirini qoltuqlarına vurub aradan çıxdılar. Nə onlar, nə də AzTV-nin müxbiri bir demədi ki, burada od içində bir azərbaycanlı jurnalisti, həmkarımı (özümü nəzərdə tuturam) qoyub gedirik axı...

Amma harada olmalarının faydası yoxdur. Həqiqətən XİN Bakıdan səfirlikdən daha işgüzardır. Bu nömrələrə, müraciətlərə isə səfirlik Kiyevdə cavab verməyib heç vaxt, gedib Lvovda ayı od qiymətinə dövlət hesabına tutduqları komfort evlərdən niyə cavab versinlər ki? Millət səfirlik əlindən burda dad- aman edir.

Ən dəhşətli fakt deyim. 3 gün əvvəl axşam Kiyevdə bir neçə yerdən xəbərdarlıq oldu ki, ya şəhəri tərk et ya da tez səfirliyə sığın, ciddi həmlə gözlənilir. Komendant vaxtına 1 saat qalmış şəhəri tərk edə bilmək absurd idi. Ondan 2 gün əvvəl də səfirliklə bağlı burada tənqidi post paylaşmışdım, yəqin XİN də bunlara irad bildirib. Məcbur Sabir əkəyə zəng edib (bu dəfə telefonu açdı) birbaşa səfirliyə getdim. Təsəvvür edin bayırda müharibədir girişdə öz millətindən olan XDMX əməkdaşları mənimlə elə tonda danışıb (o sözləri yeməkdənsə Kiyevin küçəsində ölmək şərəflidir bir jurnalist üçün), elə şərt qoydular məcbur geri qayıtdım. Məndən bütün avadanlığı və telefonumu tələb etdilər. Dedim axı səhərə qədər 14-15 saat texnikasız, telefonsuz mən Bakıda işimdən, ailəmdən rabitəsiz qala bilmərəm burada müharibənin ortasında, orada camaatın ürəyi partlayar. XDMX zalım sifətli əməkdaşı "mənə dəxili yoxdur" deyib məni o gecə yola saldı. Amma halbuki həmin anda AzTV-nin əməkdaşı, özləri səfirlikdə telefonla yox ey, telefonlarla idilər... Halbuki müharibəyə qədər onların "dejurnu" tədbirlərini belə o səfirlikdə telefonla çəkmişəm.

Yenidən zəng edəndə Sabir Rzayevə o axşam mənə nə desə yaxşıdır? "Mübariz, gah bizim əleyhimizə (Çox qəribə adət var, nədənsə tənqid ƏLEYHİNƏ kimi xarakterizə olunur bizim bəzi məmurlarda) post payıaşarsan indi mənə zəng edib bura sığınırsan. Yəni adamlar bir posta görə həmin axşam fürsət bilib prinsip aparıb ölümün ağzına belə məni atdılar.

O Sabirin özünə də dedim onda, mən o diplomatların evlərinə yox, dövlətimizə sığınmağa getmişdim təhlükəli şəhərdə olan bir azərbaycanlı jurnalist kimi. Amma onlar öz evləri bilib şəxsi qisas aldılar. Məni isə sonrakı günlərdə, yəqin ki, Allah saxladı bu tənhalıqda - Kiyevdə. Eyni münasibət burada 100-lərlə azərbaycanlıya göstərilib. İndi bunlar burada bir jurnalistə belədirlərsə, gör səsi heç hara çatmayan vətəndaşa necə ola bilərlər?”.




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 13:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər