reklam
Regionxeberlericom.az » Gündəm » Zaqatalalı iş adamı Prezidentə və Ədliyyəı Nazirinə şikayət ünvanlayır

reklam

Zaqatalalı iş adamı Prezidentə və Ədliyyəı Nazirinə şikayət ünvanlayır

















Azerbaycan Republikasinin Prezidenti cenab Ilham Əliyevə

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova 

Zaqatala rayonu Car kənd sakini Zakatalski Hacıbəy İsak oğlu tərəfindən

 Ə R İ Z Ə 

Hörmətli  Prezident və Hörmətli Nazir  !

 Sizin çox qiymətli vaxtınızı aldığınıza görə üzr istəyirəm, bu məktubu Sizə Azərbyacan Respiblikasında əlacsız qalıb yazıram. Azərbaycan Respublikasında başqa şikayət etmək üçün yer tapmıram. Şəki rayonu üzrə  İcra və Probasiya şöbəsinə dəfələrlə müraciət etmişəm. Azərbaycan Respublikasında bütün instansiya məhkəmələrinə müraciət etmişəm. Məhkəmə qərarlarını  Şəki rayonu  İcra və Probasiya şöbəsində  heç cürə olduğu kimi icra etmirlər.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işləyən əməkdaşlar, oğraşlar dəstəsindəndir.  Biz hansı məktubu yazsaq, ya cavabsız qoyurlar, ya da kimdən yazmışıqsa onun üzərinə göndrirlər. Ədliyyə nazirliyinin əməkdaşları yığılıblar Ədliyyə Nazirliyinə, lazım olmayan  işlərlə məşğuldurlar. Ədliyyə Nazirliyinin əməkdaşları , rayon Probasiya şöbəsinin əməkdaşları bir-biri ilə əlbirdilər. heç bir vətəndaşın dərdinə şərik olmaq istəmirlər. Artıq neçə ildir Şəki rayon Probasiya şöbəsinin müdiri və yaxud Göyçay Probasiya şöbəsinin əməkdaşları məhkəmənin qərarı ilə kəsilmiş pul vəsaitini  cinayətkarlarla əlbir olaraq 50-100 manat alaraq  lazım olmayan, qanunda görünməyən müddətə uzadırlar.  Probasiya şöbəsində pulu ödəmə müddəti yoxdurmu ? Cinayətkarların arzusu ilə  pul ödəmə vaxtı həyata keçirilməlidirmi?  Zaqatala “Ləzzət” İstirahət Mərkəzində “Mağara” Ş.K.(F) Təsərrüfatında  kollektivlər düşünür ki,  Azərbaycanda dövlət yoxdur. Azərbaycanda Ədliyyə Nazirinin özü də əməkdaşlarının tayıdır.  Əgər nazirin  əməkdaşlarının işindən xəbəri yoxdursa, və yaxud  əməkdaşları nə işlə məşğul olur bilmirsə, deməli həmin nazir nazirlikdə kukladır.  Anadangəlmə nazir kreslosunda oturub. Neçə ildir Azərbaycan dövləti həmin nazirin kim olduğunu bilmir. Azərbayacn Respublikasında hörmətli Prezidentimiz  dövlət məmurları işin öhdəsindən gələ bilmədiyi halda  -“Rədd olub vəzifədən getməlidirlər” sözünü dəfələrlə demişdi.  Deməli Prezidentin bu sözləri Ədliyyə Nazirliyinin əməkdaşlarına və rayon Probasiya şöbəsinin əməkdaşlarına aid deyildir. 

Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində Elbrus Hacıyev adlı bir nəfər bizi barmağına sarımışdır.  Cinayətkarı müdafiə etməkdən başqa, icra işini cinayətkara əl verən qaydada həl etmək üçün dəridən qabıqdan çıxır.  Cinayətkara əməlinə görə  qəti imkan   tədbir görmək niyyətində deyildir,çünki 50-100 manat gəliri vardır. Mənim pulumun ödənilməsi üçün cinayətkarı tapmaq, cinayətkara pulu ödətdirmək və yaxud başqa tədbirlər görmək niyyətində deyildir. Güya onun görəcəyi işləri başqa bir nəfər görməlidir.  Belə işlər Probasiya şöbəsində hər daim vardır. Heç kəs də onların işi ilə məşğul olmur.  Biz hər şeyi başa düşürük. Göyçay Probasiya şöbəsinin və Şəki Probasiya şöbəsinin iş fəaliyyətlərini çox gözəl bilirik.  İcra işini həll etmək üçün müxtəlif yollar var. Birinci növbədə həbs imkan tədbiri . İcra və Probasiya şöbəsində  icra qərarları aylarla ,illlərlə  yatmalıdır ?  Biz iş adamıyıq. Bizim də görəsi işlərimiz var. Elbrus Hacıyev cinayətkara əl verən qaydada iş aparır. Mənim  pulumu nə üçün  depozitə otutdurub. Hansı məhkəmənin qərarı buna imkan verib.  Əgər bu məktub ünvana çatandan sonra Göyçay və Şəki Probasiya şöbələri mənim pulumu keçirməsələr daha gözəl sözlərlə məktub yazılacaq, həm də məktub Avropa məhkəməsinə ünvanlanacaq. Mən Azərbaycanda Ədliyyə Nazirliyini daha tanımaq istəmirəm. 

Hörmətli  Prezident və Hörmətli Nazir  !

Bir xırda iş üçün Avropa Məhkəməsinəmi çıxaq, yoxsa Azərbaycan dövlətində olan qanunlara riayət mi edək.  Elbrus Hacıyevə kabinet verilib ki, istədiyi  formada oturmaq üçün,  yoxsa qanuna riayət etmək üçün?  Mən artıq cana doymuşam, 74 yaşım var. Hər şeyi çox gözəl bilirəm. 

Hörmətli Nazir xahiş edirəm şəxsən mənə bildirin pul mənə ödəniləcəkmi ? Şəxsən Sizdən cavab gözləyirəm. Mənim məktubumu başqa vəzifəli şəxsin  üzərinə göndərməyin. 

Hörmətlə   ağsaqqal :  Hacıbəy Zakatalski 





Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər