Putini öldürməyə çağırış etməyə icazə verildi - “Facebook” və “İnstagram”dan qeyri-adi addım
“Facebook” və “İnstagram” sosial şəbəkələri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qeyri-adi addım atıb.
“Reuters” agentliyinin yaydığı məlumata görə, şəbəkə istifadəçiləri müharibə ilə bağlı mesajlarında, hərbi əsirlər istisna olmaqla, Rusiya hərbçilərinə qarşı zorakılığa, habelə Rusiya Prezidenti Putini və Belarus Prezidenti Lukaşenkonu öldürməyə çağırış edə bilərlər.
Meta-nın daxili elektron məktubunda bildirilir ki, platformanın siyasətindəki bu müvəqqəti dəyişiklik Azərbaycan, Ermənistan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna seqmentinə aiddir.
Məktubda qeyd olunur ki, liderlərin ölümünə çağırışa o hallarda icazə veriləcək ki, bu, müharibədən kənar məqsəd daşımasın, həmçinin bu çağırışda onların ölümünün məkan və metodları barədə məlumatlar yer almasın: “Biz, əvvəl olduğu kimi, Rusiyanın etimada layiq vətəndaşlarına qarşı zorakılıq çağırışlarına yol verməyəcəyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2022, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər