reklam
Regionxeberlericom.az » Gündəm » İcra başçısından Prezidentə ŞİKAYƏT - "...bizə kömək edin"

reklam

İcra başçısından Prezidentə ŞİKAYƏT - "...bizə kömək edin"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir məmurun, vəzifə sahibinin ilk növbədə xalqın xidmətçisi olduğunu daim vurğulayır, səlahiyyətlərini yerinə yetirməyən, tutduğu rəhbər vəzifədən sui-istifadə hallarına yol verən məmurları işdən azad edir. Bəziləri barəsində hətta cinayət işi də açılır, qanunsuz əməlləri ifşa olunur. Amma, təəssüf ki, hələ də səhlənkar davranan, vətəndaşların problemlərinin həlli ilə məşğul olmayan, süründürməçilik edənlər var.

Ağdam rayonu, Xındırıstan kənd sakini Ramin Haqverdiyev rayon icra hakimiyyətindən, qəzalı evlərin araşdırılması üzrə Dövlət Komissiyasından narazıdır. R.Haqverdiyev bu barədə sosial şəbəkədə video paylaşıb. Prezident İlham Əliyevə müraciət edən vətəndaş məmurlardan şikayətini dilə gətirib.

Video-müraciətində R.Haqverdiyev 44 günlük Vətən müharibəsində mənzilinin qəzalı vəziyyətə düşdüyünü bildirir: “Cənab Prezident, üzümü Sizə tuturam.

Öncə Sizin bayramınızı təbrik edirəm. Siz xalqımızın 30 illik həsrətinə son qoydunuz. Torpaqlarımızı işğaldan azad etdiniz. Mənfur qonşularımızın atdığı mərmilərdən bizim evimiz də zədələnib.

Mənzilə ciddi ziyan dəyib. Qəzalı evlərə baxış keçirilməsi, dəyən ziyanın müəyyənləşməsi üçün təşkil olunan Dövlət Komissiyası 4 dəfə mənzilə baxış keçirib.

Lakin hələ də mənzilimiz təmir edilmir. Ailəmiz 2 ildir qəzalı evdə yaşayır. Mənim icra hakimiyyətinə müraciətimə cavab olaraq bildirilib ki, bizə 1000 maddi yardım ayrılıb. Cənab Prezident, bizi bu bəladan qurtarın. Xahiş edirik, bizə kömək edin”.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 09:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər