QAÇAQ SƏFİRLƏ BAĞLI ŞOK MƏLUMATLAR YAYILDI - Türkiyəyə plastik əməliyyata gedibmiş, Mehdiyevlə bağlı...
Elmira Axundova may ayında “Şərəf” ordeni alacağına ümid edir
Ukraynada müharibə başladıqdan sonra Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova proseslərdə görünmədi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etmədi. Azərbaycan cəmiyyəti, Ukraynada çətin durumda qalan soydaşlarımız səfirin sorağını günlərlə gözlədikləri ünvanlardan ala bilmədilər. Müharibənin 10-cü günü ortaya atılan xəbərdə səfiri axtaran vətəndaşlardan “bu mövzunun üstündən keçmək” istənilirdi. Elmira Axundovanın qadınlığı qabardırmaqla onun Türkiyədə “ağır onkoloji əməliyyatdan çıxması” xüsusi vurğulanırdı.
Sonradan üzə çıxan məlumatlardan aydın oldu ki, Elmira Axundova Bakıdakı 400 kvadratlıq mənzilindədir. Dedi ki, bəs Türkiyədə onurğasından əməliyyat olunub, Kiyevə qayıdıb və fevral ayında tədbirlər təşkil edib.
Elmira Axundovanın dediklərindən: “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik”.
Sual olunur: Əgər səfir Türkiyədə onurğasından əməliyyat olunubsa, Ukraynaya qayıdandan sonra fevral ayında həmin o sadaladığı tədbirləri necə keçirib? Həqiqətənmi Elmira Axundova Türkiyədə onurğa əməliyyatı keçirib?
Sosial şəbəkələrdə belə məlumatlar var ki, Elmira Axundova Türkiyəyə onurğa əməliyyatına deyil, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanmasını aradan qaldırmaq üçün plastik əməliyyata gedibmiş. Belə aydın olur ki, qaçaq səfir may ayında 70 illiyinə və “Şərəf” ordeni almağa hazırlaşır. Ona görə də Türkiyəyə gedib, plastik əməliyyata baş vurub. Üzündə cavanlaşdırma əməliyyatını da yubileyinə hazırlıqlar çərçivəsində həyata keçirib. Türkiyədəki onkoloji xəstəliklərin cərrahiyyəsi üzrə ixtisaslaşan xəstəxanalardan birində baş tutan əməliyyatdan sonra Elmira Axundova Ukraynaya qayıdıb. Onun ötən il və bu ilin əvvəlində çəkdirdiyi fotolara diqqət etdikdə də üzündəki fərq açıq-aşkar hiss olunur.
Elmira Axundova kimdir və onun Ukraynada səfir postunda nə işi vardı?
Tərcümeyi-halında yazır ki, 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Atası hərbiyə Hüseyn Məmmədov kimi gedib, oradan Fərman Hüseynov kimi dönüb. Bu müəmmalı ad-soyad dəyişikliyi ilə yanaşı maraq doğuran daha bir məqam var. Hüseyn Məmmədov cəbhəyə sıravi gedib, oradan isə mayor Fərman Hüseynov kimi dönüb. Elmira Axundova atasını hər yerdə Fərman kimi təqdim edir, sənədlərdə isə onun adı Hüseyndir. Elmira Axundova 6 il Moskvada yaşayan və orada nə işlə məşğul olması bilinməyən Hüseyn - Fərmanın ailəsində dünyaya gəlib. Bu gün də Elmira Axundova atası ilə bağlı suallardan yayınır...
Ramiz Mehdiyevə qədər Yazıçılar Birliyində katibə olan Elmira Axundovanın ulduzu 1995-ci ildə parlayıb. Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə gələndən 1 ay sonra Elmira Axundova onun rəhbəri olduğu Əfv Komissiyasına üzv olub. Komissiya üzvü kimi də fəaliyyəti çoxlu suallar doğururdu. 2005-ci ildə isə Elmira Axundova Ramiz Mehdiyevin siyahısından parlamentə ötürüldü.
Parlamentdə oturub “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” şəklində fikirlərlə gün keçirir, populist çıxışlarla diqqət çəkirdi. Bu tandemin sonrakı dövrdə əməllərini isə PA-da bilməyən yox idi.
Hətta Elmira Axundova Ramiz Mehdiyev barəsində “Sabahkı gün haqqında düşünərkən” adlı kitab belə yazıb. Ramiz Mehdiyev də ona borclu qalmayıb. 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Elmira Axundovaya bir neçə 10 milyon manatın sahibəsinə çevrilməsinə şərait yaradıb, hüquq-mühafizə orqanlarını onun və oğlunun əməllərini araşdırmaqdan kənar saxlayıb.
Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Bakı Ağır Cinayətlər Məhkəməsində Həbib Axundovun adı qarışan dələduzluq işi araşdırılarkən o, məhkəmə proseslərinə çəliklə gəlirdi. Ayağında problemlərin olduğunu deyirdi. Məhkəmənin gedişatı onun istəyinə uyğun şəkil alandan sonra Həbib Axundovun ayağı açıldı, əlindəki çəlik də yoxa çıxdı.(musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:18-03-2022, 12:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər