reklam
Regionxeberlericom.az » Gündəm » UKRAYNADA ÖLDÜRÜLƏN YÜKSƏK RÜTBƏLİ RUS ZABİTLƏRİ - Altısı generaldır + SİYAHI

reklam

UKRAYNADA ÖLDÜRÜLƏN YÜKSƏK RÜTBƏLİ RUS ZABİTLƏRİ - Altısı generaldır + SİYAHI


Müharibənin üç həftəsi ərzində Ukrayna əsgərləri azı altı general daxil olmaqla 10-dan çox yüksək səviyyəli rus komandirini zərərsizləşdirib.

Ukrayna Silahlı Qüvvələri öldürülmüş rus generallarının siyahısını təqdim edirik:

General-mayor Maqomed Tuşayev - Rusiya Qvardiyasının 141-ci motoatıcı alayının komandiri,

General-mayor Vitali Gerasimov - Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının birinci müavini,

General-mayor Andrey Kolesnikov - 29-cu Ordunun komandanı. Şərq Hərbi Dairəsi,

General-mayor Andrey Suxovetski - Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini,

General-mayor Oleq Mityaev - 150-ci motoatıcı diviziyasının komandiri,

General-leytenant Andrey Mordviçevdir - 8-ci Qvardiya Silahlı Qüvvələrinin komandanı, Cənub Hərbi Dairəsinin zabiti.

“Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiya Federasiyasında "Ukraynada xüsusi əməliyyat"ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb", - Ukrayna Silahlı Qüvvələri əlavə edib. 

Rusiya ordusunun ali komandanlığının öldürülən yüksək rütbəli zabitlərinin bəzilərinin dosyesini baku.ws-ə istinadən təqdim edirik:

General-mayor Maqomed Tuşayev çeçen əsilli Rus general-mayorudur. 23 fevral 1986 ildə anadan olub. O, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri idi. 27 fevral 2022-ci ildə Qostomel yaxınlığında Ukrayna qüvvələri tərəfindən öldürülüb. "İgidliyə görə" medalı, "İgidlik" ordeni, "Kadırov" ordeni, "Vətən uğrunda" ordeni ilə təltif edilib.

General-mayor Vitali Gerasimov 9 iyul 1977-ci ildə Kazan şəhərində anadan olub. Rusiya Quru Qoşunlarının general-mayoru idi. 2007-2010-cu illərdə Şimali Qafqaz Hərbi Dairəsinin motoatıcı batalyonunun komandiri olub. O, İkinci Çeçenistan Müharibəsində (1999-2000) vuruşub və Rusiyanın Suriyadakı hərbi əməliyyatında (2015-ci ildən) və 2014-cü ildə Krımın Rusiyaya ilhaqında iştirakına görə medallarla təltif edilib. 2013-cü ilin oktyabrında polkovnik rütbəsində 15-ci Əlahiddə Motoatıcı Briqadasının komandiri təyin edilib. 2016-cı ilin iyununda ona general-mayor rütbəsi verilib. Həmin il Aleyskdə yerləşən 41-ci Əlahiddə Ümumqoşun Ordusunun 35-ci Əlahiddə Qvardiya Motoatıcı Briqadasına komandanlıq edib. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Gerasimov 2 mart 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Xarkov vilayətində öldürülüb. Ölüm zamanı o, 41-ci Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi və komandirinin birinci müavini olub.












General-mayor Andrey Kolesnikov 6 fevral 1977-ci ildə Voronej vilayətinin Oktyabrskoye şəhərində anadan olub. Kolesnikov Kazandakı tank texnikumunu (1999), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələri Akademiyasını (2008) və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2020) bitirib. Artıq 2010-cu ildə Kolesnikov polkovnik-leytenant idi və 4-cü Mühafizə Tank Diviziyasının qərargah rəisi vəzifəsində çalışırdı. O, 2021-ci ilin dekabrında general-mayor rütbəsi alıb və Zabaykalsk diyarında Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı təyin edilib. O, general-mayor rütbəsi aldıqdan sonra 2021-ci ilin dekabrında Zabaykalskda Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı təyin edilib. Kolesnikov Rusiyanın Ukraynaya hücumunda iştirak edib. Ukrayna rəsmilərinin məlumatına görə, 11 mart 2022-ci ildə öldürülüb.

General-mayor Andrey Suxovetsk 25 iyun 1974-cü ildə anadan olub. Ryazan Ali Hava Desant Komandanlıq Məktəbini (1995), Frunze adına Hərbi Akademiyasını (2009), Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2018) bitirib. Hələ Hərbi Akademiyanı bitirməmişdən əvvəl 2008-ci ildə Şimali Qafqaz və Cənubi Osetiyadakı silahlı münaqişə zamanı hərbi əməliyyatlarda iştirak edib. 2013-2014-cü illərdə 217-ci Qvardiya Desant Alayının komandiri olub. O, Krımın Rusiyaya birləşdirilməsində, daha sonra Rusiyanın Suriyadakı Hərbi Əməliyyatında iştirak edib. 2019-2021-ci illərdə 7-ci Qvardiya Hava Desant Hücum Diviziyasının komandiri olub. Rusiya Prezidentinin 10 dekabr 2020-ci il tarixli 769 nömrəli Fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilib. Suxovetsk 2021-ci ilin noyabr ayından Mərkəzi Hərbi Dairənin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavinidir. Hərbi xidmətlərinə görə general-mayor ona "İgidliyə görə" ordeni və Rusiya Federasiyasının bir çox digər dövlət mükafatları ilə təltif olunmuşdur. 2022-ci il fevralın 28-də Ukraynada xüsusi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirərkən öldürülüb.

Polkovnik Sergey İvanoviç Poroxnya Rusiya Federasiyası Mərkəzi Hərbi Dairəsinin Başqırdıstan şəhərində yerləşən 12-ci Əlahiddə Mühafizə Mühəndis Briqadasının komandiri olub. Martın 14-də Ukraynada xüsusi əməliyyat zamanı öldürülüb.

Polkovnik Andrey Zaxarov Rusiya tank alayının komandiri idi. Vladimir Putindən "İgidliyə görə" ordeni alıb. O, Kiyev vilayətinin Brovarı rayonu yaxınlığında öldürülüb.

Polkovnik İqor Nikolayev 3-cü motoatıcı diviziyasının 252-ci motoatıcı alayının komandiri olub. O, 2022-ci il martın 15-də Xarkov vilayətində öldürülüb.

Polkovnik-leytenant Yuri Aqarkov Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən motoatıcı alaya komandirlik edib. O, Ukraynda keçirilən hərbi əməliyyatlar zamanı martın 8-də öldürülüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz teleqram kanalında məlumat verib.

Polkovnik-leytenant Dmitri Sofronov əslən Tatarıstandandır. Rusiya Silahlı Qüvvələrinin 61-ci dəniz piyada briqadasının komandiri olub. O, Xarkov vilayətinin Çuqev şəhərinin azad edilməsi zamanı gedən döyüşlərdə martın 6-da öldürülüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Podpolkovnik Mixail Yermolin 26 oktyabr 1985-ci ildə anadan olub. 12676 saylı hərbi hissənin diviziyasının komandiri idi.


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.







Paylaş:


Müəllif : Tarix:
19-03-2022, 22:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər