reklam
Regionxeberlericom.az » Gündəm » Ukraynalı uşaqlar Abramoviçin superyaxtasının önünü kəsdi - FOTO

reklam

Ukraynalı uşaqlar Abramoviçin superyaxtasının önünü kəsdi - FOTO

Putinə yaxın rusiyalı oliqarx Roman Abramoviçin Qərbin sanksiyalarından xilas etməyə çalışdığı “Solaris” adlı superyaxtası ötən gün martın 21-də Türkiyənin Bodrum limanına yan alıb. regionxeberlericom.az virtualaz.org-a istinadla xəbər verir ki, bu zaman qəfildən gəminin qarşısını ukraynalı gənc yaxtaçıların 11 nəfərlik komandası kiçik qayıqla kəsib. Ukraynalı uşaqlar “Müharibəyə yox!” şüarı qaldıraraq rusiyalı oliqarxın yaxtasının limana daxil olmasına imkan verməyiblər.

Ukraynanın Qara dəniz yaxt-klubunun direktoru Albert Kabakov deyib ki, Abramoviçin nəhəng gəmisinə qarşı 8-10 yaşlı cəsur uşaqlar müqavimət göstəriblər. Komanda Türkiyəyə yarışlar üçün getmişdi və Abramoviçin yaxtasının Bodruma yaxınlaşdığını eşidəndə bu aksiyanı keçirməyi qərara alıblar.

Rusiyalı oliqarxın köməyinə Türkiyənin sahil-mühafizə qüvvələri yetişib və ukraynalı uşaqları “qanunsuz hərəkət” barədə xəbərdar ediblər. Ukraynalı uşaqların yelkənli qayığı sahil mühafizə qüvvələri tərəfindən limandan kənarlaşdırılıb.

Qeyd edək ki, Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün öz yaxtasını tələm-tələsik Türkiyəyə “qovub”. Məlumat var ki, oliqarxın “Eclipse” adlı daha bir yaxtasını Karib adalarından Türkiyəyə gətirəcəklər. Lakin Abramoviçin Avropadakı qalan aktivləri artıq müsadirə olunub.O cümlədən Putinə yaxın daha bir neçə oliqarx artıq superyaxtalarını və digər aktivlərini itiriblər.







Paylaş:


Müəllif : Tarix:
22-03-2022, 09:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər