reklam
Regionxeberlericom.az » Gündəm » RUS ORDUSU BU ƏRAZİLƏRDƏN ÇIXARILDI, İTKİLƏRİ ARTDI... - Polkovnik-leytenant əsir götürüldü...+ VİDEOLAR (Yenilənib)

reklam

RUS ORDUSU BU ƏRAZİLƏRDƏN ÇIXARILDI, İTKİLƏRİ ARTDI... - Polkovnik-leytenant əsir götürüldü...+ VİDEOLAR (Yenilənib)














Ukrayna ordusu Kiyev vilayətinin Buçansk rayonunda yerləşən Makarov şəhər tipli qəsəbəni azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, hazırda Makarovda Ukrayna bayrağı dalğalanır, düşmən geri çəkilməyə məcbur edilib. 

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın indiyədək olan itkilərini açıqlayıb.

Nazirlik hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 15 300 hərbçisinin məhv edildiyini bildirib.

Məlumata görə, Rusiya ordusu 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi itirib.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.

Ukrayna Silahlı Qüvvələrinin 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər. Bu barədə Ukrayna Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.

















Bildirilib ki, əsir götürülən zabit Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya-psixoloji əks-tədbir qrupunun rəhbəridir. Əsir götürülən polkovnik-leytenant Aleksandr Oleqoviç Koşelin fotosu internetdə də tirajlanıb.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 117 ukraynalı uşaq ölldürülüb, 155 azyaşlı isə yaralanıb.

Bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.

Ukrayna Baş Prokurorluğu da müharibə dövründə zərərçəkən uşaqlarla bağlı məlumat yayıb. Qeyd olunub ki, indiyədək Kiyev vilayətində 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.

***

"İşğalçıların sursat və ərzaq ehtiyatları 3 günə ancaq çatar”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edilir ki, yanacaqla da oxşar vəziyyət müşahidə edilir: “Ötən gün ərzində düşmənin 9-dan çox hava hədəfi vurulub. Bunlar 1 təyyarə, 6 PUA və 2 helikopterdir, vurulan raketlərin sayı dəqiqləşdirilir.

Düşmən aviasiyasının son 24 saat ərzində daha aktiv hərəkətləri qeyd edilib.

Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrini yerinə yetirməkdən imtina edərək, 70 texnika ilə əməliyyat ərazisini tərk edib.

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik xaotik şəkildə həyata keçirilir: səfərbər olunanların əksəriyyətinin heç bir hərbi ixtisası yoxdur, çünki onlar heç vaxt hərbi xidmət keçməyiblər.

Donetsk və Luqansk istiqamətlərində düşmən irəliləməyə və möhkəmlənməyə çalışsa da, uğur qazana bilmir.

Ukrayna hərbçiləri düşmənin 13 hücumunu dəf edib, 14 tankını, 8 piyada döyüş maşınını, 2 zirehli texnikasını, 3 artilleriya sistemini və 4 avtomobilini məhv ediblər.












Son sutka ərzində düşmənin şəxsi heyətinin itkisi təxminən 300 nəfər təşkil edib.

Bundan əlavə, Mariupolun müdafiəçiləri “Raptor” patrul katerini və “Leer-3” elektron döyüş sistemini məhv ediblər”.

Ukrayna Müdafiə Nazirliyi də cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb.

Nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.

Nazirliyin məlumatında da rusların itkiləri aşıqlanaraq, Ukrayna ordusinin işğalçıya zərbə endirməkdə davam etdiyi və müəyyən ərazilərdə uğur qazandığı vurğulanıb.

"Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur”, - rəsmi məlumatda vurğulanıb.

Müdafiə Nazirliyindən qeyd olunub ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil: “Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”.

Ukrayna ordusu Nikolayev vilayətində kəndlərdən birini Rusiya hərbçilərindən azad edib. Bu barədə də UNİAN məlumat yayıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, ordu qüvvələri kəndi ələ keçirərkən qarşı tərəfi mühasirəyə alıb. Nəticədə rusiyalı hərbçilər itki verərək geri çəkilib. Hərbi texnika, silah və sənədlər Ukrayna ordusunun əlinə keçib. 

Bu arada Rusiya ordusunun Ukrayna ərazisinə atdığı "İsgəndər-M" kompleksinin əməliyyat-taktiki raketinin aşağı hündürlükdən keçidi qeydə alınıb.

Bu barədə görüntüləri "new_militarycolumnist" teleqram kanalı yayıb.

Görüntüdən məlum olur ki, yerli sakinlər əvvəlcə havada hərbi təyyarənin hərəkət etdiyini düşünsələr də, sonradan bunun raket olduğunu anlayıblar.

Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində qadağan olunmuş silahlardan istifadə edir.Bu barədə Kramatorsk Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib.

Kramatorsk şəhərində rusiyalılar tərəfindən fosforlu bombaların istifadəsi ilə bağlı daha bir hadisə qeydə alınıb. Bu cür silahların yaşayış məntəqələrində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.

Daha əvvəl Patrul Polis İdarəsinin rəis müavini məlumat vermişdi ki, Rusiya işğalçıları Luqansk vilayətinin Popasnaya şəhərində fosfor bombasından istifadə ediblər. O qeyd edib ki, fosfor bombaları sarsıdıcı və dağıdıcı nəticələrə gətirib çıxarır.

Fosfor buxarları ilə nəfəs alınan zaman ağciyərlərdə zədələnmələr yaranır və bu havanı udan insanın havasızlıqdan boğulmasına səbəb olur, sonrakı mərhələdə isə insanın bədəni daxildən xaricə doğru yanmağa başlayır.

***

“NATO Ukraynanın hava məkanını bağlamır, kənarda dayanır. Nəticədə 10 milyon insan qaçmağa yer axtarır. 3 milyon insan artıq xaricə gedib. Bu, Avropada humanitar fəlakətdir”. Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.
















“Biz NATO-nun üzvü deyilik, amma Avropada müharibə gedir. Rusların nə deməsindən asılı olmayaraq, onları biz təhrik etməmişik. Bu gün milyonlarla insan evlərini tərk edir. Bu, başa düşüləndir. Çünki şəhərlərimizə raket atılır. Biz isə NATO-ya deyirik: gəlin, səmanı bağlayaq. Bu, dinc əhaliyə qarşı soyqırımın qarşısının alınması üçün vacindir. Biz NATO-nun proseslərə müdaxilə etməsini istəmirik. Amma Alyans Avropanın təhlükəsizliyi baxımından humanitar problemlərin həllinə kömək etməlidir”, - o bildirib.

M.Podolyakın fikrincə, NATO Rusiyanın aqressivliyinin qarşısını almaqdan ötrü daha intensiv addımlar atmalıdır.












Rusiyalı hərbçiləri arasında komandanlığın cinayətkar əmrlərini yerinə yetirməkdən imtina edənlərin sayı artmaqda davam edir. Bu haqda Ukrayna mediası xəbər yayıb.

Bildirilir ki, Sumı vilayətinin Axtırka rayonu yaxınlığında 300-ə yaxın işğalçı döyüşməkdən imtina edərək texnikası ilə birlikdə ərazini tərk edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrinə tabe olmaqdan imtina edib və 70 texnika ilə əməliyyat zonasını tərk edib”, - hesabatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
22-03-2022, 20:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər