MEDVEDEV RUSİYANIN PARÇALANACAĞINI ETİRAF ETDİ! - Yenə nüvə silahı ilə hədə-qorxu gəldi
"Son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq".
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb:
"Son otuz il ərzində Rusiya ABŞ-ın primitiv oyununun hədəfi olub. Bunun bir izahı var-o düşməndir. Daha prinsipial ideoloji ziddiyyətlər olmasa belə, SSRİ-nin başqa hansı varisləri var? Bu o deməkdir ki, Rusiya alçaldılmalı, məhdudlaşdırılmalı, sarsılmalı, parçalanmalı və məhv edilməlidir. Yaxın gələcəkdə Avropada və bütövlükdə dünyada bunun reaksiyası necə olacaq? Vacib deyil. Heç kim bu barədə heç vaxt düşünməyib" - deyə o qeyd edib.
Medvedev həmçinin amerikalı tərəfdaşların strategiyasının həyata keçirilməsindən sonra nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib: "İndi təsəvvür edək ki, Amerika qarşıdurmanın bu raundunda uğur qazandı. Ağ Evdən olan dar düşüncəli strateqlər Rusiyada sistemli siyasi və iqtisadi böhrana səbəb oldular. Onlar nəhəng və çox mürəkkəb bir ölkəni zəiflədib, onun parçalanmasına səbəb oldular. Nəticə budur: qeyri-sabit siyasi rejimə, zəif rəhbərliyə, çökmüş iqtisadiyyata və ABŞ və Avropadakı hədəflərə yönəlmiş maksimum sayda nüvə başlıqlarına malik ən böyük nüvə dövləti”.
Medvedevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq: "Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb. Cənablar, belə perspektivi necə bəyənirsiniz? Əla plandır bravo, Dövlət Departamentinin və Kapitolinin strateqləri! Bravo, K Street-in analitikləri! Bravo, Senatın yaşlı üzvləri, bravo cənab Prezident! Siz artıq öz həyatınızı yaşadınız, qorxmaq olmaz, çünki 80 yaşında heç nə xüsusilə qorxulu deyil”.
Qeyd edək ki, Putinin "uşağı" olan Medvedevin bu açıqlaması Rusiyanın Ukraynada nə qədər çarəsiz duruma düşdüyünü aydın göstərir. Artıq proseslərin Rusiyanın parçalanmasına doğru getdiyini etiraf edən Medvedev yenə nüvə silahı ilə hədə-qorxu gəlməyə çalışır. Ancaq özü də bilir ki, bu cür boş hədələrlə Rusiyanı dağılmaqdan xilas etmək mümkün deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-03-2022, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər