reklam
Regionxeberlericom.az » Gündəm » QARABAĞDA 3 TERRORÇU ÖLÜB - Xankəndi hospitalına 14 yaralı gətirilib

reklam

QARABAĞDA 3 TERRORÇU ÖLÜB - Xankəndi hospitalına 14 yaralı gətirilib












Martın 25-də Xankəndi hərbi hospitalına yaralı silahlılar gətirilib. Bu barədə Qarabağın qondarma “ombudsmanl” Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, təsdiqlənmiş məlumata əsasən, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Həkimlər 10 nəfərin vəziyyətini yüngül, 1 nəfərin orta ağır, 1 nəfərin vəziyyətini ağır, 2 nəfərin vəziyyətini isə son dərəcə ağır qiymətləndirib.

Hadisənin gerçək səbəbləri barədə dəqiq məlumat olmasa da, başıpozuq separatçılar həmiçəki kimi, Azərbaycanı ittiham edir.

Qarabağda ölən erməni terrorçuların sayı 3-ə çatıb. Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər verir. 

Məlumata görə, meqaviləli (muzdlu-red.) David Mirzoyan (1978), İşcan Ohanyan (1994) və Ararat Tevosyan (1990) 25 martda güllə yarasından ölüb. Erməni mediası onların ölümündə hətta “Bayraktar TB-2”-ni günahlandıracaq qədər absurd ittihama əl atıb.

Azərbaycan Müdafiə Nazirliyi isə ötən gün ərzində hər hansı atışmanın baş verməsini təkzib edib.




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 08:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər