reklam
Regionxeberlericom.az » Gündəm » Əlil məhkumlar Sahil Babayevin qanunsuz əməllərindən Prezidentə müraciət etdilər-ŞİKAYƏT

reklam

Əlil məhkumlar Sahil Babayevin qanunsuz əməllərindən Prezidentə müraciət etdilər-ŞİKAYƏT

















Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən hazırda isə Mualicə Müəssisəsində müalicə olunan ikinci qrup əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Əlil məhkumun müraciətində deyilir; 

"Yazıb sizə bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Cəzaçəkmə Müəssisələrində və Müalicə Müəssisəsində həqiqi xəstəlikdən əlil məhkumlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oyunlar oynanılır. Yeni məhkumlar 5 illik əlillik müddəti başa çatdıqdan sonra komissiyasından keçirilməsi üçün Pendensiar xidmətin Müalicə Müəssisəsinə göndərilərək müayinələrdən keçilir və xəstəliklərini təsdiq edən sənədlər elektron qaydada dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinə göndərilir. Agentliyin idarə heyətinin sədrinin müavini Mətanət Məmmədovanın imzası ilə bütün məhkumlara eyni şablon cavablar göndərilir. Həmin cavab məktublarında qeyd edilir; "Mualicəyə ehtiyac var və yaxud Müalicə Müəssisəsi tərəfindən vətəndaşların xəstəlikləri elektron portalda düzgün doldurulmayibdir".

Biz məhkumlar nazir Sahil Babayevə belə bir sual vermək istəyirik, kəsilmiş ayaq yenidən bitə bilərmi ?

Böyrəkləri işləməyən bir vətəndaşın yəni bir dialez xəstəsinin böyrəkləri yeniden işləyə bilərmi?

Bu və bunun kimi yüzlərlə xəstələr çarəsiz vəziyyətdədirlər və hər gün nazir Sahil Babayevə və Mətanət Məmmədovaya lənət oxuyur, onların ailələrinində bizim kimi xəstəliklərərə yoluxmalarını arzulayirlar.

Mən ikinci qrup əlil ağır xəstə məhkum Səmədov Əli Azər oğlu özüm haqda onu demek istəyirəmki mən 2017 ci il tarixdən ağır xəstəyəm, 2019 il tarixdən isə ikinci qrup əliləm.Azərbaycanda mənim xəstəliyindən əllə sayilacaq qədərdi və hamısı birinci qrup əlildirlər. Xəstəliyim sabiq Səhiyyə Naziri Oqtay Şirəliyevin bacısı Rəna xanim Şirəliyeva ve professor Rövşən Həsənov tərəfindən təsdiq edilmis olsada xəstəliyim bədənimin 89%-ni əhatə etmiş olsada Agentliyin idarə heyətinin sədr müavini Mətanət Məmmədova ikinci qrup əlilliyimi birinci qrupa dəuşməkdən imtina edir.

Xəstəliyimin həqiqi ağırlaşması və 89 % - ə çatması Nevroloji Klinikanin baş həkimi professor Rövşən Həsənov tərəfindən ve həmin klinikanin EMQ müayinə aparatı tərəfindən öz təsdiqini tapmışdır.

Özümün və bütün həqiqi xəstəlikləri olan məhkumların adından Azərbaycanin qeyrətli millətindən köməklik gözləyirəm.İnaniramki bu muraciətimi oxuyan hər bir şərəfli Azərbaycan övladi biz məhkumlara köməklik göstərəcək.Quldurbasi, millətini, dövlətini sevməyən yalnız öz mənafeyini güdən Sahil Babayevə və Mətanət Məmmədovaya gəldikdə isə onlar öz cinayət əməllərinə əvvəlcə Allah, sonra isə Azərbaycan Respublikasının qanunları qarşısında cavab verəcəklər".

RegionXəbərləri.com





Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 08:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər