reklam
Regionxeberlericom.az » Gündəm » Rusiyalı oliqarxlar dünyada 1 trilyon dollar gizlədib – Dörddə biri Putinin ətrafına məxsusdur...

reklam

Rusiyalı oliqarxlar dünyada 1 trilyon dollar gizlədib – Dörddə biri Putinin ətrafına məxsusdur...

















ABŞ-ın "Atlantic Council" ("Atlantika Şurası") Analitik Mərkəzinin hesabatına görə, rus oliqarxların xaricdə gizlətdiyi çirkli pulların həcmi təxminən 1 trilyon dollar cıvarındadır.

BBC radiosu xəbər verir ki, bu məbləğin dörddə birinə Rusiya Prezidenti Vladimir Putin və onun yaxın adamlarının nəzarət etdiyi təxmin edilir. Hesabatda qeyd olunur ki, bu pullar Kreml tərəfindən casusluq, terrorizm, sənaye casusluğu, rüşvətxorluq, siyasi manipulyasiya, dezinformasiya və bir çox başqa mənfur məqsədlər üçün istifadə edilə və idarə oluna bilər.

ABŞ-ın digər beyin mərkəzi sayılan "National Endowment for Democracy" (Demokratiya naminə Milli Fond) isə bildirir ki, Putin yaxın adamlarını dövlət büdcəsindən oğurlamağa, özəl bizneslərdən pul qoparmağa və hətta gəlir gətirən müəssisələrin açıq şəkildə ələ keçirilməsinin təşkilinə təşviq edib. Fondun yaydığı məlumata görə, bu yolla onlar dəyəri 10 milyardlarla ölçülən şəxsi sərvətlərini toplayıblar.

Rusiyanın müxalifət liderləri Boris Nemtsov və Vladimir Milov iddia ediblər ki, 2004-2007-ci illər arasında neft nəhəngi "Qazprom"un vəsaitlərindən Putinin yaxınlarına 60 milyard dollar köçürülüb.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən dərc edilən Pandora Sənədləri qeyd edir ki, Putinə yaxın insanlar çox varlanıblar və ona öz sərvətlərini köçürməkdə kömək edə bilərlər. Tarixən bu pulların çoxu əlverişli vergi mühiti olan Kiprə gedib.

Atlantika Şurasının məlumatına görə, təkcə 2013-cü ildə Rusiyadan 36 milyard dollar pul çıxıb. Vəsaitin çox hissəsi həqiqi sahiblərini gizlətmək üçün istifadə olunan "qabıq şirkətlər"i vasitəsilə ölkədən çıxarılıb.

2013-cü ildə Beynəlxalq Valyuta Fondu Kipri "shell şirkətləri"nin saxladığı on minlərlə bank hesabını bağlamağa razı salmışdı. Britaniyanın Virciniya və Kayman adaları kimi ölkənin digər kənar əraziləri də sevimli istiqamətlərdir. "Global Witness"in hesabatında deyilir ki, 2018-ci ildə rus oliqarxlarının bu vergi cənnətlərində təxminən 45,5 milyard dollarlıq maliyyə ehtiyatları var. Bu pulun bir hissəsi Nyu-York və London kimi maliyyə paytaxtlarına yol tapır və orada investisiya kimi istifadə edilə və gəlir gətirə bilər.

"Transparency International" təşkilatı isə iddia edir ki, Böyük Britaniyanın ən azı 2 milyard dollarlıq əmlakı maliyyə cinayətlərində ittiham olunan və ya Kremllə əlaqələri olan ruslara məxsusdur. Jurnalist araşdırmalarına görə, 2011-2014-cü illər arasında 19 Rusiya bankı 96 ölkədə 5140 şirkət vasitəsilə 20,8 milyard dollar çirkli pul yuyub.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər