“Bakıdan zəng vurdular, dedilər arvadın ölüb...” - TƏYYARƏDƏ DAVA SALIB TUTULAN AZƏRBAYCANLI DƏRDİNİ DANIŞDI
Martın 11-də Orenburq-Moskva reysi ilə uçan təyyarədə dava salan və tutulan, barəsində xuliqanlıq və polisə müqavimət maddələri ilə inzibati iş, üstəlik cinayət işi qaldırılan Azərbaycan vətəndaşının hərəkətlərinin motivi üzə çıxıb.
regionxeberlericom.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs Bakıya həyat yoldaşının dəfninə getdiyi üçün özündə olmadığını, dərdli, əsəbi vəziyyətdə dava saldığını deyib.
Xatırladaq ki, “Aeroflot” şirkətinə məxsus “Boeing 737-899” təyyarəsi Orenburq aeroportundan havaya qalxmağa hazırlaşarkən həmin sərnişin özünü qeyri-adekvat aparmağa, söyüş söyməyə, bələdçilərin işinə mane olmağa başlayıb. Nəticədə təyyarə kapitanı polis çağırıb. Polislər sərnişini düşürməyə çalışanda o müqavimət göstərib, bu səbəbdən polislər güc tətbiq etməli olublar. Sərnişinin ilkin əlamətlərə görə sərxoş olduğu bildirilirdi.
Ötən gün həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılıb. Və orada hərəkətinin motivini izah edib. Bildirib ki, onu əsassız yerə saxlayıblar.
“Mənə Bakıdan zəng vurub dedilər ki, arvadın rəhmətə gedib. Mən aeroporta getdim, Moskva üzərindən Bakıya uçmaq üçün bilet aldım və gözləmə zalında gözləməyə başladım. Mənə hansısa vətəndaş yaxınlaşıb soruşmağa başladı ki, niyə qəmliyəm. Dedim bu mənim dərdimdir, sənə dəxli yoxdur. O isə soruşmaqda davam etdi...”-azərbaycanlı deyib.
O bildirib ki, əsəblərini sakitləşdirmək üçün qeydiyyatdan keçdikdən sonra gözləmə zalında bara gedib, kofe içib. Sonra qərara alıb ki, 100 qram alkaqollu içki də içsin. Sonra təyyarəyə keçib, illüminatorun yanında oturmaq istəyib, amma ona icazə verməyiblər. Çünki yeri illüminatorun yanında deyildi. Mübahisə düşüb və təyyarə bələdçisi polis çağırıb. Şəxsin bildirdiyinə görə, polis səbəb olmadan ona güc tətbiq edib, əllərini qandallayıb və polis bölməsinə aparıb.
İndi bu şəxsi 300 mindən 500 min rubla qədər cərimə və üstəlik ya islah işləri, ya 5 ilə qədər həbs gözləyir...
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2019, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-03-2019, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08