reklam
Regionxeberlericom.az » Gündəm » "Putin və Şoyqu arasında gərginlik artır" - NYT

reklam

"Putin və Şoyqu arasında gərginlik artır" - NYT

















Rusiya prezidenti Vladimir Putinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında gərginlik Kreml rəhbərinə Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı real itkiləri barədə məlumat verilməməsi səbəbindən artır.

Bu barədə “New York Times” qəzetinə ABŞ kəşfiyyatındakı mənbələr məlumat verib.

Qeyd olunub ki, Putinin müşavirləri ona yanlış məlumat verir, hücumun uğursuzluğu və Qərb sanksiyalarının real nəticələri barədə susurlar.

İddia edilir ki, Rusiyanın guya qoşunların çıxarılması ilə bağlı bəyanatlarından sonra Çerniqovun bombalanması da “Kremlin mesajlarındakı nizamsızlığa dəlalət edir”.

“Bununla belə, Putinin son məqsədi qeyri-müəyyən olaraq qalır.

Əvvəllər Pentaqon Putinin Ukraynadakı “xüsusi əməliyyata” məsul şəxsi təyin edib-etməməsinə şübhə edirdi, çünki rus qoşunları bir çox sahələrdə özünü çox xaotik aparır.

Baş Qərargahın son məlumatlarına görə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 17 mindən çox işğalçı və yüzlərlə tankı məhv edib. Lakin Rusiya Federasiyasının Müdafiə Nazirliyi daha kiçik itkilər barədə məlumat verir”, - nəşr qeyd edir.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 10:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər